Slimfit
  1. SİYASƏT

“Rossiya-24” telekanalının “Formula Vlasti” verilişində faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycanın mühüm rolundan da bəhs olunub

“Rossiya-24” telekanalının “Formula Vlasti” verilişində faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycanın mühüm rolundan da bəhs olunub
Sakura

“Rossiya-24” telekanalının “Formula Vlasti” verilişində faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycanın…

Rusiyanın Rossiya-24 televiziya kanalında mayın 10-da efirə gedən “Formula Vlasti” verilişinin Böyük Vətən müharibəsində Qələbə gününə həsr olunan buraxılışında bu müharibədə Qələbənin qazanılmasında Azərbaycanın da mühüm rolundan bəhs edilib, dövlətimizin başçısının Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsindən bir hissə yayımlanıb.

Ens.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Formula Vlasti” verilişinin Qələbə gününə həsr olunan buraxılışında müharibənin tarixindən, partizan hərəkatından danışılır. Verilişdə bir sıra dövlət və hökumət başçılarının, rəsmi şəxslərin, BMT-nin Baş katibi Antonio Quterreşin müsahibələri və çıxışlarından da hissələr verilib.

Verilişdə Böyük Vətən müharibəsində dünya ölkələrinin və xalqlarının həm ön, həm də arxa cəbhədə faşizmə qarşı mübarizəsindən bəhs olunur, onların Qələbə naminə xidmətləri vurğulanır. Bu baxımdan böyük Qələbənin əldə olunmasında Azərbaycanın da rolu xüsusi qeyd edilir.

Verilişdə dövlətimizin başçısının Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsindən bir hissə də yayımlanıb.

Diktor qeyd edib ki, Azərbaycandan 120-dən çox Sovet İttifaqı Qəhrəmanı var. Müharibə illərində Azərbaycan zavodları fasiləsiz olaraq hərbi texnika, o cümlədən məşhur “Katyuşa”ları istehsal edirdi. Azərbaycan Sovet Ordusunu neftlə 70 faiz, yanacaqla 80 faiz, sürtkü yağları ilə 90 faiz təchiz edirdi.

Prezident İlham Əliyev deyib: Azərbaycan bizim ümumi qələbəmizə sanballı töhfə verib. Yanacaq-sürtkü materiallarının əsas bazası Azərbaycan idi. Bu da təsadüfi deyil ki, faşist Almaniyası məhz Bakını tutmaq niyyətində idi. Bu məşhur kadrlar dəfələrlə nümayiş etdirilib: Hitlerə təqdim edilən bayram tortunun üzərində “Xəzər dənizi” sözləri yazılmışdı. Hətta belə bir forma məxsusi olaraq Xəzər dənizinin sərhədlərini göstərirdi, Hitler də svastikanı həmin nöqtəyə qoymuşdu. Adətən mayın 9-da mən həmişə veteranlarla görüşürəm, biz söhbət edirik, həlak olanların xatirəsini ehtiramla yad edirik, onların məzarları üzərinə gül-çiçək, əklillər qoyuruq. Hər dəfə onlarla ünsiyyətdə olanda, sanki enerji alırsan. Özü də onların çoxunun yaşı 90-ı keçib, hətta 100-ü haqlayanlar da var. Lakin əvvələn, fiziki baxımdan onlar möhkəm olduqlarını nümayiş etdirirlər. Ən başlıcası, onların mənəvi ruhu, nikbinliyi və həyatsevərliyi, əlbəttə, bizi heyrətləndirir, təəccübləndirir və biz onlarla yalnız fəxr edə bilərik.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR