Dərc edildi: Baxış sayı: 587
Roskomnadzor 7 milyon ip ünvana girişi qaytarıb
Ens.az The Village saytına əsasən xəbər verir ki, Roskomnadzor qadağan olunmuş saytların reyestrindən Telegram messencerinə girişin məhdudlaşdırma cəhdi zaman blok edilmiş 7.1 milyon İP ünvanı çıxarıb.
Bu barədə ilk olaraq “Eşer 2” telegram kanalında monitorinqi həyata keçirən İT mütəxəssis Filipp Kulin xəbər tutub. Onun məlumatlarına görə nəzarətçi Amazon və Online.net altşəbəkələrinə girişi bərpa edib.
Daha sonra bu məlumatı Roskomnadzorun özü təsdiqləyib. Xəbər verilib ki, Telegram artıq blokdan yan keçmək üçün blokdan çıxarılmış İP ünvanlarından istifadə etmir.
Hazırda “Eşer II” məlumatlarına görə qadağan olunmuş saytlar reyestrində 3.8 milyon İP ünvan qalır.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət