Dərc edildi: Baxış sayı: 616
Ronalduya iki il həbs cəzası veriləcək
“Yuventus”un hücumçusu Kriştianu Ronaldu 2019-cu ilin 14 yanvar tarixində məhkəmə qarşısına çıxacaq.
Oxu.Az AS nəşrinə istinadən xəbər verir ki, vergi fırıldağı ilə iş üzrə məhkəmə prosesi futbolçunun həbs qərarı ilə nəticələnəcək.
Qəzetin məlumatına görə, 14,7 milyon avro vergi fırıldağında ittiham olunan Ronalduya iki il müddətinə şərti həbs cəzası veriləcək.
Qeyd edək ki, artıq Ronaldu öz günahını qismən etiraf edib və İspaniya büdcəsinə 13,4 milyon avro ödəyib. Lakin son qərarı məhkəmə verəcək.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət