Dərc edildi: Baxış sayı: 397
Ronaldu “Yuventus”da ilk oyununda rəqibin burnunu sındırdı
Portuqaliyalı hücumçu Kriştianu Ronaldu “Yuventus”un heyətində ilk oyununa çıxıb.
Oxu.Az-ın xəbərinə görə, Ronaldu “Kyevo”ya qarşı matçın son dəqiqələrində top uğrunda mübarizədə rəqibin qapıçısı Stefano Sorrentino ilə toqquşub.
Nəticədə qolkiper huşunu itirib. Görüşdən sonra xəstəxanaya yerləşdirilən S.Sorrentinonun burnunun sındığı məlum olub. Bundan əlavə onun kəllə-beyin travması alması şübhəsi var.
“Kyevo”-Yuventus” qarşılaşması turinlilərin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. “Qızıl top”un beşqat sahibi oyunda heç nə ilə yadda qalmayıb.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət