Ronaldu yenidən Portuqaliya yığmasının heyətinə qayıdacaq
Turinin "Yuventus" futbol klubunun hücumçusu Kriştian Ronaldu bildirib ki, 2019-cu ildə Portuqaliya seçməsinin heyətində çıxış etmək üçün yığma komandaya qayıdacaq.
Bu barədə "Report" AS-a istinadən xəbər verir.
"2019-cu ildə yenidən Portuqaliya yığmasının məşqçi qərargahının sərərəncamına qayıtmaq niyyətindəyəm. Bizim bu mövsümün birinci hissəsində mənim yığmanın heyətində matçlarda iştirak etməyəcəyimə dair razılaşmamız vardı", - deyə Ronaldu bildirib.
33 yaşlı hücumçu 2018-ci ilin futbol üzrə dünya çempionatından sonra bildirmişdi ki, yeni klubla əlaqədar bir müddət milli komandada çıxış etməyəcək.
Qeyd edək ki, Ronaldu İtaliya çempionatının bombardirlər siyahısında liderliyə yüksəlib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət