Slimfit
  1. İDMAN

Ronaldu uşaq vaxtı futbolçu yox, balıqçı olacağını düşünüb

Ronaldu uşaq vaxtı futbolçu yox, balıqçı olacağını düşünüb
Sakura

Ronaldu uşaq vaxtı futbolçu yox, balıqçı olacağını düşünüb

"Uşaq vaxtı 35 yaşımda Madeyrada balıq tutacağımı düşünürdüm. Ağlıma da gəlmirdi ki, belə yerlərdə oynayacaq və bu qədər mükafat qazanacağam".

"Report"un məlumatına görə, bunu hazırda İtaliya "Yuventus"unda çıxış edən Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu "A Bola"ya müsahibəsində deyib. Fevralın 5-də 35 illik yubileyini qeyd etmiş Ronaldu qarşıdakı hədəflərindən də danışıb: "Fikrimcə, 6-cı Çempionlar Liqasını da qazana bilərəm. Buna "Yuventus"la nail olmaq imkanım var. Belə çətin turnirdə hər şey bir çox amildən asılı olur. Amma hesab edirəm ki, bu, mümkündür. Çünki yaxşı komandamız var. Biz addım-addım irəli gedirik".

Qeyd edək ki, bu mövsüm Kriştianu Ronaldu klub səviyyəsində 27 oyunda forma geyinib. O, 22 qol və 3 məhsuldar ötürmə müəllifi olub. 35 yaşlı forvardın "Yuventus"la müqaviləsi 2022-ci ilin yayınadəkdir. Əvvəllər Ronaldu Portuqaliyanın "Sportinq", İngiltərənin "Mançester Yunayted" və İspaniyanın "Real Madrid" klublarında da çıxış edib. Portuqaliya millisində isə təcrübəli forvard 164 oyuna 99 qol vurub. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR