Dərc edildi: Baxış sayı: 425
Ronaldu “Roma” müdafiəçisinin boyunu ələ salıb
Futbol üzrə İtaliya A seriyasının 36-cı turunun matçında “Yuventus”un hücumçusu Kriştianu Ronaldu ilə “Roma”nın müdafiəçisi Alessandro Florensi arasında qarşıdurma yaranıb.
Sovsport.ru xəbər verir ki, görüşün 59-cu dəqiqəsində oyunçular söz dəyişdiriblər.
Portuqaliyalı hücumçu jestlə rəqibinin susmasına işarə edib və onun boyunun kiçik olması ilə ələ salıb.
Qeyd edək ki, Ronaldunun boyu 187 santimetr, Florensinin boyu isə 173 santimetrdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət