Slimfit
  1. İDMAN

Ronaldu onunla şəkil çəkdirmək istəyən azarkeşə əsəbləşib

Ronaldu onunla şəkil çəkdirmək istəyən azarkeşə əsəbləşib
Sakura
:0

Ronaldu onunla şəkil çəkdirmək istəyən azarkeşə əsəbləşib

İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldu onunla şəkil çəkdirmək istəyən azarkeşə əsəbləşib.

Report” xəbər verir ki, insident Turin təmsilçisinin Çempionlar Liqasının qrup mərhələsinin sonuncu – VI turunda “Bayer”i Almaniyada 2:0 hesabı ilə məğlub etdiyi oyundan sonra baş verib. Final fitindən sonra şəkil çəkdirmək üçün meydana qaçan azarkeş 34 yaşlı portuqaliyalı futbolçunu bir qədər sərt tutub. Fanatın davranışından narazı qalan Ronaldu ona etirazını bildirib və meydandan uzaqlaşıb.

Qeyd edək ki, Ronaldu “Bayer”lə oyunda qollardan birinin müəllifi olub. Bu qələbədən sonra xalını 16-ya çatdıran “Yuventus” D qrupunun birincisi kimi pley-offa vəsiqə qazanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR