Slimfit
  1. İDMAN

Ronaldu İtaliya çempionatının bombardirlər siyahısında liderliyə yüksəlib

Ronaldu İtaliya çempionatının bombardirlər siyahısında liderliyə yüksəlib
Sakura

Ronaldu İtaliya çempionatının bombardirlər siyahısında liderliyə yüksəlib

Turinin "Yuventus" klubu İtaliya A Seriyasının 19-cu turunda "Sampdoriya" üzərində 2:1 hesabı ilə qələbə qazanıb.

Report” xəbər verir ki, komandanın portuqaliyalı hücumçusu Kriştianu Ronaldu qarşılaşmada dubl edərək A Seriyasının ən yaxşı bombardirləri siyahısında birinci yerə yüksəlib.

Oyunun 2 və 65-ci dəqiqələrində fərqlənən beşqat "Qızıl top" sahibi cari mövsüm vurduğu qolların sayını 14-ə çatdırıb və aktivində 13 qol olan "Cenoa"nın polşalı hücumçusu Kşiştof Pyonteki geridə qoyub.

Ronaldu həmçinin İtaliya çempionatının elit divizionunda 14 qol vuran ilk portuqaliyalı futbolçu olub. Daha əvvəl rekord "Yuventus"un xavbeki Ruy Barruşa məxsus idi. O, 1988/89-cu illər mövsümündə 12 qolun müəllifi olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR