Dərc edildi: Baxış sayı: 561
Ronaldo "Yuventus"da ilk kubokunu qazandı
Səudiyyə Ərəbistanının Ciddə şəhərində "Yuventus" və "Milan" arasında İtaliya Super Kuboku uğrunda görüş keçirilib.
Fanat.Az xəbər verir ki, "King Abdullah Sports Sity" stadionunda təşkil olunmuş qarşılaşma Turin təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.
Oyunda yeganə qolu 61-ci dəqiqədə Kriştiano Ronaldo vurub. 73-cü dəqiqədə "Milan"ın yarımmüdafiəçisi Frank Kessyö kobud oyunu səbəbindən qırmızı vərəqə alıb.
"Qoca Sinyora" tarixində 8-ci dəfə İtaliya Super Kubokunu qazanıb. Ronaldo isə yeni komandasında ilk tutula sahib olub.
Qeyd edək ki, "Yuventus" ötən mövsüm ardıcıl 7-ci və ümumilikdə 34-cü dəfə İtaliya çempionu olub. "Milan" isə ölkə kubokunun finalında məhz bu komandaya uduzub.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət