Dərc edildi: Baxış sayı: 592
Ronaldo yenidən milliyə çağırıldı
"Yuventus"un futbolçusu Kriştiano Ronaldo Portuqaliya millisinə yenidən çağırılıb.
Portuqaliya Futbol Federasiyasının yaydığı xəbərə görə, yığmanın baş məşqçisi Fernandu Santuş 34 yaşlı hücumçunu AVRO-2020-nin seçmə mərhələsində Ukrayna və Serbiya ilə oyunlar üçün milliyə dəvət edib.
Beləliklə, Ronaldo DÇ-2018-dən sonra ilk dəfə yığmada çıxış edəcək.
Qeyd edək ki, Ronaldo yayda transfer olunduğu "Yuventus"a uyğunlaşmaq üçün 2018-ci ilin sonuna kimi milliyə çağırılmamağı xahiş etmişdi.
Mənbə: Strategiya.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət