Dərc edildi: Baxış sayı: 782
Ronaldo və Messinin qıra bilmədiyi rekordlar - Siyahı
Dünya futbolunun iki ən böyük ulduzu - Kriştiano Ronaldo və Lionel Messi karyeraları ərzində bir çox rekordları qırıblar. Amma onların hələ də qıra bilmədiyi rekordlar var.
Fanat.Az xəbər verir ki, UEFA Ronaldo və Messinin qırmadığı rekordların siyahısını hazırlayıb. Həmin siyahını təqdim edirik.
Avropa kuboklarının finallarında ən çox qol vuran futbolçu "Real"ın əfsasi Alfredo Di Stefanodu. O, Madrid klubu ilə oynadığı 5 finalda qol ataraq rekord müəllifi olub.
Avropa kuboklarında bir final matında ən çox qol vuran futbolçu "Real"ın başqa bir əfsanəsi Ferenk Puşkaşdı. Macar əfsanə 1960-cı ildəki finalda 4 qola imza atıb. Messi iki ayrı final oyununda iki qol vurub. Ronaldo isə 3 final matçında 4 dəfə fərqlənib. Portuqaliyalı indiyədək 6 final oynayıb.
Çempionlar Liqasında təsnifat mərhələləri də daxil olmaqla ən çox oyun keçirən "Real"ın sabiq, "Portu"nun hazırkı qapısıçı İker Kasilyasdı - 179 oyun. İspan qolkiper bütün avrokubok turnirlərində də ən çox forma geyinən futbolçu hesab olunur - 186 oyun. Ronaldo indiyədək 168, Messi 135 oyuna çıxıb.
Ən çox klubla Çempionlar Liqasının qalibi olan futbolçu Klarense Zeedorfdu. Hollan futbolçu "Ayaks", "Real" və "Milan"la bu sevinci yaşayıb. Ronaldo "Mançester Yunayted" (1 dəfə) və "Real"la (4 dəfə) turnirin qalibi olub. Onun hazırda çıxış etdiyi "Yuventus" cari mövsümdə 1/4 finala çıxıb və "Ayaks"la qarşılaşıb. Turin klubu yarışın qalibi olsa, Ronaldo Zeedorfun rekordunu təkrarlayacaq. Messi isə indiyədək yalnız "Barselona" ilə Çempionlar Liqasının qalibi ola bilib (4 dəfə).
Çempionlar Liqasında daha çox klubun heyətində qol vuran futbolçu Zlatan İbrahimoviçdi - 6 klub. İsveçli ulduz "Ayaks", "Yuventus", "İnter", "Barselona", "Milan" və PSJ ilə bu uğura imza atıb. Onun bu rekordunu Ronaldo və Messinin qırmaq şansı yoxdu. Messi "Barselona"dan başqa heç bir klubda oynmayıb. Ronaldo isə 3 fərqli klubla Çempionlar Liqasında qol vurub.
Çempionlar Liqasının finalında qol vuran ən yaşlı futbolçu olan Paolo Maldini 36 yaş 333 günlüyündə fərqlənib. "Milan"ın sabiq üzvü "Liverpul"la finalda qol sevinci yaşyayıb.
Turnirin qrup mərhələsindən finalınadək olan mərhələlərdə qol vuran ən yaşlı futbolçu "Roma"nın əfsanəsi Françesko Tottidi. O, 38 yaş 59 günlüyündə ÇSKA-nı məyus edib. Ronaldo və Messi karyerasını bitirmədiyindən bu rekordları qırmaq şansları var. Ronaldonun Çempionlar Liqasının finalında qol vuran ən yaşlı futbolçu olmaq üçün 2021/22 mövsümündə turnirdə oynamalı və qol vurmalıdı. Messi isə ancaq 2023/24 mövsümündə bu rekordu qıra bilər. Amma həmin ildə final matçı mayın 23-dən tez keçirilməməlidi.
Çempionlar Liqasında ən erkən qolu 2007-ci ildə "Bavariya" - "Real" matçında Roy Makaay vurub - 10.12 saniyə. Turnirin finalında ən erkən qolu 2005-ci "Milan" - "Liverpul" görüşündə Paolo Maldini vurub - 53-cü saniyə.
Kriştiano Ronaldo bu turnirdə ən erkən qolunu 2013-cü ildə "Real"la "Yuventus"a vurub - 4-cü dəqiqə. Messi isə 2016-cı ildə "Seltik"i 7:0 hesabı ilə yendikləri matçın 3-cü dəqiqəsində fərqlənib.
Çempionlar Liqasında ən sürətli het-trik edən futbolçu Bafetimbi Qomisdi. 2011-ci ildə "Lion"da oynayan futbolçu Zaqreb "Dinamo"su ilə oyunda 8 dəqiqəyə 3 qol vurmuşdu.
Messi turnirdə ən sürətli het-trikini "Bayer"lə oyunda edib. 7:1 hesabı ilə başa çatan oyunda 5 qol vuran argentinalı 2, 3 və 4-cü qolları 16 dəqiqədə reallaşdırıb. Ronaldo isə Çempionlar Liqasında ən sürətli het-trikini 12 dəqiqədə edib.
Avrokuboklarda bir mövsümdə ən çox qolu Radamel Falkao vurub. Kolumbiyalı futbolçu 2010/11 mövsümündə "Portu" forması ilə 18 qola imza atıb. Ronaldo bir mövsümdə 17, Messi 14 qol vura bilib.
Avrokuboklarda oyun sayına görə orta hesabla ən çox qol vuran futbolçu Herd Müllerdi - 0,97. Ronaldoda bu göstərici 0,76, Messidə 0,82-di.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət