Slimfit
  1. İDMAN

Ronaldo şou göstərdi: Portuqaliya finalda

Ronaldo şou göstərdi: Portuqaliya finalda
Sakura

Ronaldo şou göstərdi: Portuqaliya finalda

Portuqaliyada UEFA Millətlər Liqasının final mərhələsinə start verilib.

Axar.az xəbər verir ki, "Porto"nun “Draqao” stadionunda keçirilən ilk yarımfinal oyununda Portuqaliya və İsveçrə yığmaları qarşılaşıb. Görüş ev sahiblərinin 3-1 hesablı qələbəsi ilə yekunlaşıb.

Portuqaliya millisinin heyətində hər üç qolu Kristiano Ronaldo (25, 88, 90-cı dəqiqədə) vurub. Qonaqların heyətində isə Rodriqes matçın 57-ci dəqiqəsində penaltidən fərqlənib. Bu qələbə ilə Portuqaliya finala yüksəlib.

Qeyd edək ki, yarımfinalın digər görüşündə bu gün İngiltərə ilə Hollandiya milliləri üz-üzə gələcəklər.

Turnirin I və III yerin qalibi iyunun 9-da müəyyənləşəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR