Dərc edildi: Baxış sayı: 559
Ronaldo oynamadı, “Yuventus” ilk dəfə məğlub oldu
İtaliya A Seriyasının 28-ci turunda sürpriz nəticə qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, çempionatın lideri “Yuventus” mövsüm ərzində ilk məğlubiyyətini alıb.
Ulduz futbolçusu Kriştiano Ronaldonun oynamadığı matçda “Yuventus” səfərdə “Cenoa”ya 0:2 hesabı ilə məğlub edib. Oyunda qolları 72-ci dəqiqədə Stefano Sturaro və 81-ci dəqiqədə Qoran Pandev vurub.
“Cenoa” bu qələbədən sonra xalını 33-ə çatdırıb və 12-ci pilləyə yüksəlib.
Qeyd edək ki, “Yuventus”un bu məğlubiyyətindən sonra “Böyük beşlik” ölkələrin çempionatlarında naməğlub klub qalmayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət