Dərc edildi: Baxış sayı: 543
Ronaldo Messini qabaqladı
Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Qol.az xəbər verir ki, UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermənin nəticəsinə əsasən, "Yuventus"un hücumçusu Kriştiano Ronaldo ən yaxşı seçilib.
Portuqaliyalı oyunçu səsvermədə Lionel Messi ("Barselona"), Sadio Mane ("Liverpul") və Leroy Saneni ("Mançester Siti") qabaqlayıb.
Qeyd edək ki, Ronaldo 1/8 finalın "Atletiko" ilə cavab görüşündə (3:0) het-trikə imza atıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət