Slimfit
  1. İDMAN

Ronaldo ilə Sarri arasında gərginlik

Ronaldo ilə Sarri arasında gərginlik
Sakura

Ronaldo ilə Sarri arasında gərginlik

İtaliya A Seriyasının XII turunda evdə Allianz  stadionunda “Yuventus”un  “Milan”ı 1:0 hesabı ilə məğlub etdiyi oyunda Kriştiano Ronaldo ilə baş məşqçi Mauritsio Sarri arasında gərgin anlar yaşanıb.

Qafqazinfo” xəbər verir ki, Sarri matçın qolsuz keçən ikinci yarısında qəribə addım atıb. O, oyunun 55-ci dəqiqəsində Ronaldonu oyundan çıxararaq onu Paulo Dibala ilə əvəzləyib. Ronaldo baş məşqçinin üzünə belə baxmadan paltardəyişmə otağına yollanıb. İtalyan futbolsevərlər Sarrinin qərarına etiraz edərək “Bu adam Ronaldonun karyerasına son qoyacaq” deyiblər.

Sarri isə daha sonra açıqlamasında “Ronaldo dizindən yaralanmışdı. Əsəbi və gərgin idi. Vəziyyəti yaxşı görünmürdü. Riskə getmədim və oyundan çıxardım” deyib.

Xatırladaq ki, “Lokomotiv Moskva” ilə görüşün 82-ci dəqiqəsində də Sarri hesab 1:1 olarkən Ronaldonu meydandan çıxarmış, onu Duqlas Kosta ilə əvəzləmişdi. Sarri həmin oyundan sonra da Ronaldonu ayağındakı problem səbəbindən oyundan çıxardığını bildirmişdi.




Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR