Slimfit
  1. İDMAN

Ronaldo "Ayaks"la matçı buraxa bilər - Alleqri təsdiqlədi

Ronaldo "Ayaks"la matçı buraxa bilər - Alleqri təsdiqlədi
Sakura

Ronaldo "Ayaks"la matçı buraxa bilər - Alleqri təsdiqlədi

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri komandanın futbolçusu Kriştiano Ronaldonun zədəsinin son durumu ilə bağlı məlumat verib.

O, portuqaliyalı hücumçunun Çempionlar Liqasının 1/4 finalında "Ayaks"la ilk matçı buraxa biləcəyini təsdiqləyib: "Ronaldo yaxşıdır. Artıq bəzi hərəkətlər etməyə başlayıb. Amma o, hələ qayıtmayacaq. Ronaldo "Ayaks"la matçı buraxa bilər. Özünü yaxşı hiss etməsə, oynamayacaq. Biz ehtiyatlı davranmalıyıq. Çünki mövsümün əsas mərhələsinə yaxınlaşmışıq. Ronaldo nə vaxt 100 faiz hazır olsa, onda oynayacaq".

 
Qeyd edək ki, portuqaliyalı hücumçu zədə səbəbindən İtaliya A Seriyasında "Empoli", "Kalyari" və "Milan"la görüşləri buraxmalı olacaq.

Mənbə: Strategiya.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR