Dərc edildi: Baxış sayı: 507
Ronaldinyonun ölkəni tərk etməsi qadağan edildi
Kariyerası ərzində iki dəfə dünyanın ən yaxşı futbolçusu seçilən Ronaldinyo borcları səbəbindən çətin günlər yaşayır.
Axar.az xəbər verir ki, bu barədə Braziliya mətbuatı yazıb.
Məlumata görə, futbolçunun 2.51 milyon dollarlıq cəzası səbəbilə Rio Qrande məhkəməsi tərəfindən 57 mülkü müsadirə edilib. 2.06 milyon dollarlıq vergi borcu olan Ronaldinyoya 793 min dollar cəza verilib.
Əfsanəvi futbolçunun iki pasportu olmasına baxmayaraq, ölkə xaricinə çıxışı qadağan edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət