Slimfit
  1. İDMAN

Ronaldinyonun ölkədən çıxışına qadağa qoyulub

Ronaldinyonun ölkədən çıxışına qadağa qoyulub
Sakura

Ronaldinyonun ölkədən çıxışına qadağa qoyulub

Braziliya milli komandasının sabiq futbolçusu Ronaldinyonun ölkədən çıxışına qadağa qoyulub.

Report” “Folha de Sao Paulo” portalına istinadən xəbər verir ki, bununla bağlı Braziliya məhkəməsi qərar çıxarıb. Sanksiyaya səbəb Portu-Aleqri şəhərində daşınmaz əmlakın inşası zamanı ekologiyaya zərərə görə tətbiq edilən 2,3 milyon avro cərimənin ödənilməməsidir.

Məhkəmə 39 yaşlı veteran futbolçunun ölkədən çıxışına qadağa qoymaqla yanaşı, 57 daşınmaz obyektinin fəaliyyətini də dondurub.

Qeyd edək ki, Braziliya yığmasının sabiq üzvü olan Ronaldinyo karyerası ərzində Fransanın PSJ, İspaniyanın “Barselona” və İtaliyanın “Milan” kimi tanınmış klublarının formasını geyinib. O, ötən ilin yanvarında peşəkar karyerasını başa vurub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR