Dərc edildi: Baxış sayı: 704
Ronaldinyo saxta pasportla tutuldu
Braziliya milli futbol komandasının və “Barselona” klubunun keçmiş yarımmüdafiəçisi Ronaldinyo saxta pasportla tutulub.
“ABC Color” bu barədə Paraqvayın Daxili İşlər naziri Euklides Asevedonun açıqlamasına əsasən xəbər yayıb.
Ronaldinyo Paraqvaya daxil olmaq üçün saxta pasportdan istifadə etməkdə şübhəli bilinir.
Martın 4-də axşam saatlarında idmançının qaldığı otel otağında axtarış aparılıb. Polis Ronaldinyo və onun böyük qardaşı Robertonun adına saxta pasport aşkar edib.
Onların hər ikisi hüquq-mühafizə orqanları əməkdaşlarının nəzarətindədir və bu gün prokurorluqda ifadə verəcəklər.
Qeyd edək ki, Ronaldinyo vergidən yayındığına görə xarici pasportdan məhrum edilib.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət