Slimfit
  1. PSİXOLOGİYA

Romantik yazışmaya başlamağın ən yaxşı üsulları

Romantik yazışmaya başlamağın ən yaxşı üsulları
Sakura

Romantik yazışmaya başlamağın ən yaxşı üsulları açıqlanıb

Ens.az xəbər verir ki, sizin üçün maraq doğuran, ancaq barəsində heç bir məlumata sahib olmadığınız bir kəslə yazışmağa necə başlamaq yəqin ki, çoxlarınızda sual doğurub. "Swipe Life" onlayn tanışlıq bloqunun müəlliflərindən biri Kristin Kollinz Cekson belə situasiya ilə bağlı fikirlərini bölüşüb.

Maraqlandığınız adamın profilində özünə dair məlumatlar olmaması sizi narahat etməsin, çünki bəzən bu işin xeyrinədir. Çünki ilk mesajdakı standart "salam" əvəzinə, bir insanın hobbisi ilə maraqlana bilərsiniz. Bu vəziyyətdə "niyə bu qədər sirli olduğunuzu" soruşmaq və yeni dostunuzun özü haqqında danışmağa maraq göstərib-görməməyini müəyyənləşdirə bilərsiniz.

İlk ünsiyyət üçün digər bir seçim, qarşı tərəfə hansının həqiqi olduğunu təxmin etməyi təklif edərək özünüz haqda iki yanlış məlumat verib, sonda isə bu barədə həqiqət olanı yazmaqdır. "Bu dərhal diqqəti cəlb edə biləcək cəsarətli bir hərəkətdir" Kollinz Cekson bildirir.

Profil şəkli də yeni söhbət qurmaq üçün pis vasitə deyil. Cekson qeyd edir ki, şəkillərlə bağlı həqiqətən nə barədə maraqlanırsınızsa, soruşmaq məsləhətdir. Bunlar əşyalar, paltarlar və istirahət yeri ilə bağlı suallar ola bilər.

Maraqlı bir zarafat yaxud yumor da ilk mesaj üçün yaxşı variantdır. Ancaq başqalarının zarafatlarını kopyalamadan, özünüzdən bir şey düzüb-qoşmaq daha məqsədəuyğundur.

Eyni zamanda, təlimatın müəllifi istehzalı olmaqdan qorxmamağı tövsiyə edir. Söhbətə başlayan əgər görsə ki, əvvəlki variantlar uyğun deyil, o halda "söhbət etmək istəyirəm, amma bilmirəm nədən başlayam" - dürüst olaraq deməsi daha yaxşıdır. Ceksonun sözlərinə görə, bu, növbəti "salam, necəsən?" formatından təsirlidir.

Bir müddət əvvəl Tinder-dəki tanışlıq tətbiqetməsində profil təsvirində istifadə edilməməsi tövsiyə olunan çeynənmiş ifadələr haqqında məlumatlar verilmişdi. Eyni zamanda istifadəçilərə boylarının hündürlüyünü göstərməmələri və yalan danışmamaları tövsiyə edilirdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR