Slimfit
  1. DÜNYA

Roma Papası sülh prosesindən danışdı

Roma Papası sülh prosesindən danışdı
Sakura

Roma Papası sülh prosesindən danışdı

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesinin əhəmiyyətini qeyd edib.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, katoliklərin ruhani lideri Papa Fransisk Milad bayramı günündə Vatikanın Müqəddəs Pyotr meydanında ənənəvi “Urbi et Orbi” (“Romaya və dünyaya”) bayram xeyir-duasını oxuyub, çıxış edib və təbrikini çatdırıb.

Çıxışında Azərbaycan ilə Ermənistan arasında sülh prosesindən danışan Roma Papası vurğulayıb:

“Qoy, Ermənistanla Azərbaycan arasında yekun sülh günü yaxınlaşsın. Bu sülh prosesini dəstəkləmək üçün humanitar təşəbbüslərin davam etdirilməsi, köçkünlərin qanuni və təhlükəsiz şəkildə öz evlərinə qayıtması, hər bir icmanın dini adət-ənənələrinə və ibadət yerlərinə qarşılıqlı hörmətin olması vacibdir”.

Papa Fransisk, həmçinin Yaxın Şərqdə, eləcə də digər münaqişə zonalarında sülhün əldə olunmasının vacibliyini bildirib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR