Slimfit
  1. DÜNYA

"Roma Papası ciddi xəstədir" - Alman jurnalisti

"Roma Papası ciddi xəstədir" - Alman jurnalisti
Sakura

"Roma Papası ciddi xəstədir" - Alman jurnalisti

Roma Papası XVI Benedikt bu ilin iyununda Almaniyaya səfər etdikdən sonra ağır xəstələnib.

Ens.az KONKRET.az-a istinadən xəbər verir ki, bu barədə “Passauer Neue Presse” nəşri alman jurnalisti Peter Seevalda istinadən məlumat yayıb.

Qeyd olunur ki, həkimlər Papanın üzündə iltihab diaqnozu qoyublar. Onun çox zəiflədiyi deyilir.

Seevald bu barədə avqustun 1-də, şənbə günü Romada XVI Benediktin tərcümeyi-halına həsr olunmuş tədbirdə xəbər tutub.

Məlumdur ki, iyun ayında Papa ağır xəstəlikdən sonra vəfat edən böyük qardaşı 96 yaşlı keşiş Georg Ratzingeri ziyarət edib.

Nəşrin bildirdiyinə görə, Papa artıq ölümündən sonra açıqlanacaq bir vəsiyyətnamə hazırlayıb. O, Müqəddəs Pyotr katedralının altında Müqəddəs İoann Pavel II-in keçmiş məzarlığında dəfn edilməsini istəyir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR