Silvestr Stallone daha bir “Rokki” çəkəcək
Silvestr Stallone Rokki Balboa filminin həvəskarlarını sevindirdi. 71 yaşlı Stallone məlumat verib ki, tezliklə yeni layihənin işlərinə başlayacaq. Silvest elan etdi: o “Krid-2” filminin rejissor və prodüseri olacaq. O “Kris: Rokkinin Mirası” kinosunun bilavasitə davamı olacaq.
Stallonenin bu mövzunu davam etdirməsində təəccüblü heç nə yoxdur. Birincisi məhz Rokki vaxtında Stallonenin ulduz olmasına kömək edib. Bu qəhrəmanın hekayəsi Silvestr üçün çox dəyərlidir. İkincisi yeni kinonun Rokkinin səkkizincisi olmasına baxmayaraq, bu hekayə hələ də kommersiya uğurundan istifadə edir. Belə ki, əvvəlki Krid dünya kirayəsində 173 milyon dollar yığıb, büdcəsi isə 35 milyon olub.
Silvestrin söylədiyi kimi yeni filmdə əvvəlində olduğu kimi söhbət cavan boksçu barədə olacaq, o rinq üzrə Rokki- Kridin rəqibi və köhnə dostunun oğludur. O həmçinin qeyd edib ki, filmin kulminasiya anlarından biri Adonisin qəhrəman Apollonun atasını döyüşdə öldürən İvan Darqo ilə vuruşması olacaq. Stallonenin layihədə aktyor kimi iştirak edib-etməyəcəyi barədə məlumat verilmir. Yeni filmin ekranlara çıxmasına gəldikdə isə izləyicilər onu artıq yeni ildə görə biləcək.
Müəllif: Famil Ələkbərov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət