Dərc edildi: Baxış sayı: 503
Rohinca müsəlmanlarına mobil telefonlardan istifadə qadağan olundu
Banqladeş hökuməti ölkədə məskunlaşmış Rohinca qaçqınlarına mobil rabitə xidmətlərinin göstərilməsini qadağan edib.
Trend-in məlumatına görə, mobil operatorlara Banqladeşin cənub-şərqindəki qaçqın düşərgələrinə göstərilən xidməti 7 gün ərzində dayandırmaq tapşırılıb.
Qeyd olunur ki, qərar təhlükəsizlik məqsədləri ilə bağlı qəbul edilib. Banqladeş polisi bildirib ki, uzun müddət ərzində qaçqın Rohinca müsəlmanları mobil rabitədən sui-istifadə edərək cinayətlər törədib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət