Slimfit
  1. İDMAN

Rodriqo “Qalatasaray”la oyunda Çempionlar Liqasının 3 rekordunu vurub

Rodriqo “Qalatasaray”la oyunda Çempionlar Liqasının 3 rekordunu vurub
Sakura

Rodriqo “Qalatasaray”la oyunda Çempionlar Liqasının 3 rekordunu vurub

Madridin “Real” klubunun futbolçusu Rodriqo Çempionlar Liqasında yeni rekordlar müəyyənləşdirib. 

APA-nın məlumatına görə, braziliyalı hücumçunun qrup mərhələsinin IV turunun “Qalatasaray”la oyundakı ilk qolu 3 unikal göstərici ilə əlamətdar olub. 

Avropanın ən nüfuzlu klub turnirində qol hesabını açan cənubi amerikalı yarışın tarixində fərqlənən ən gənc braziliyalı adına yiyələnib. 18 yaş, 301 günlük Rodriqo həm də Çempionlar Liqası tarixində het-trikə imza atan ən az yaşlı hücumçu olub. 

O, ilk 2 qolunu oyunun 6 dəqiqə 4 saniyəsində vurub. Bu da yarışın tarixində ən erkən dubldur. 

Qeyd edək ki, “Real” – “Qalatasaray” matçı madridlilərin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR