Slimfit
  1. ARXİTEKTURA

Rodoslu Koloss

Rodoslu Koloss
Sakura

Rodos nəhəngi

Rodos nəhəngi — qədimdə "dünyanın yeddi möcüzəsi"ndən biri sayılırdı.

E.ə. III əsrdə sərkərdə Demetri Rodos adasına hücum etmiş, lakin rodosluları məğlub edə bilməmişdi. Adanın uğurlu müdafiəsi şərəfinə rodoslular adada dünyanın ən böyük heykəlini qoymağı qərara aldılar.

Abidənin yaradılması antik dövrün məşhur heykəltəraşı Lissipin şagirdi Xaresə həvalə olunmuşdur. Xares abidəni 12 il ərzində yaratmışdır. Heykəl 66 il mövcud olmuşdur.

Dənizlə şəhər darvazaları arasındakı bazar meydanında qoyulmuş 36 metrlik tunc heykəldə gənc oğlan təsvir olunmuşdu. Onun möhkəm ayaqları azacıq aralı, sağ əli gözlərinin üstündə idi. Başında günəş şüalarının rəmzi olan tac vardı. Bu, günəş Tanrısı Heliosun təsviri idi. Camaat onu öz himayəçisi hesab edirdi.

E.ə 225 –ci ildə baş verən zəlzələ nəticəsində Rodos nəhənginin ayaqları sınmışdır. Heykəl dənizə yıxılmış və təxminən 1000 il sahildə bu vəziyyətdə qalmışdır. Tarixçi Strabonun məlumatına görə rodoslular «baxıcı» məsləhəti ilə onu qaldırmırlar. 653-ci ildə ərəb sərkərdəsi Müaviyyə adanı ələ keçirdikdən sonra nəhəngi bir yəhudiyə satır.

977-ci ildə heykəli hissələrə ayıraraq satmaq qərarına gəlmişlər. Qədim əlyazmalarda göstərilir ki, heykəlin hazırlandığı tuncun daşınması üçün 900 dəvə lazım olmuşdur.

Nyu-York buxtasındakı Azadlıq heykəlinin timsalında Rodos nəhənginin obrazı yaradılmışdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR