Slimfit
  1. MARAQLI

Robotlaşdırma biznesə necə kömək edəcək?

Robotlaşdırma biznesə necə kömək edəcək?
Sakura

Robotlaşdırma biznesə necə kömək edəcək?

obotlaşdırma və ya RPA (Robotic process Automation) istifadəsi haqqında bir il əvvəl fəal şəkildə danışmağa başladılar. Bu tendensiya həm sənaye istehsalında, həm də ofis işlərində müşahidə edilə bilər. Gartner analitikləri RPA-nın sürətlə böyüdüyünü hiss etdilər: 2019-cu ildə bazar həcmi 1,3 milyard dollar təşkil edib, 2022-ci ildə isə 2,4 milyard dollar təşkil edəcəyi gözlənilir. Robotlaşdırma ilə avtomatlaşdırmanın fərqi nədədir və o biznesin  nəyinə lazımdır? Gəlin araşdıraq. 

Müəyyən edib aradan qaldırmaq

 

İllər keçdikcə şirkət daxilində gedən proseslər avtomatizmə qədər təkmilləşir. Biz elə düşünürük ki, eyni hərəkəti dəfələrlə təkrar etsək, ideala çata biləcəyik. Bu belə deyil. İstənilən bir prosesi zaman-zaman öyrənərək, daha optimal hala gətirməyə çalışmaq lazımdır. Bunun üçün siz əməkdaşların bütün hərəkətlərini rəqəmsallaşdıra bilərsiniz. Tədqiq zamanı demək olar ki, bütün qüsurlar üzə çıxır. Əgər proses standartdırsa və müəyyən fəaliyyət alqoritminə tabe olursa, onu maşına həvalə edə bilərsiniz. Robotlaşdırma da məhz burada başlayır, belə ki, RPA proqramlarının çoxu insan hərəkətlərini təqlid edən qrafik interfeys səviyyəsində işləyir. McKinsey-in qiymətləndirmələrinə görə, robotlaşdırma xərcləri 20-25%, prosesin müddətini isə 50-60% qədər azalda bilər. 

İnsanların robotlaşdırma sahəsinə maraq göstərməsinin ikinci səbəbi isə korporativ sistemlərin çoxluğudur. Onları bir-birinə bağlayaraq “ağıllı” müəssisə yaratmaq məsələsi get-gedə çətinləşir. RPA bu işdə insanlara kömək ola bilər. Məsələn, siz maliyyə sisteminə məlumatları daxil etməlisiniz, üç gündən sonra isə onları götürüb başqa bir yerə köçürməli olacaqsınız. Ayın sonunda bütün məlumatların dublikatını hazırlayaraq, rüblük hesabatda nəzərə almalısınız. Robot bunu daha sürətli edəcək, çünki eyni anda üç tətbiq ilə əlaqə qura bilər. 

Robot-maliyyəçi

Maliyyə – texnologiyalar üçün ən mütərəqqi sahələrdən biridir. Burada robotlaşdırma insanlara müxtəlif vəzifələrin icrasında kömək edə bilər. Məsələn. Sistemə poçt və bank hesabatlarının yüklənməsi, təchizatçı və satıcıdan alınan sənədlərin daxil edilməsi və s. Bu halda robot sənəd hesabından məlumat çıxaracaq, hesaba daxil olacaq və oradakı seçilmiş məlumatları daxil edəcəkdir: məbləğ, tarix və s. 

Bundan əlavə, maliyyə proseslərini filiallar üzrə konsolidasiya edilmiş hesabat almaq lazım olduqda robotlaşdıra bilərsiniz. Məsələn, holdinqdə bir neçə hüquqi şəxs var və ümumi maliyyə vəziyyətinə baxmaq lazımdır. Hər bir filial öz hesabatını hazırlayır. Robota bütün məlumatları və qarşılıqlı hesablaşmaları uzlaşdırmaq və uyğunsuzluqları aşkar etmək üçün dəqiq qaydalar verilir. Nəticədə “dünyanın ümumi mənzərəsi” alınır. Həmçinin robot sizə şirkətin məlumatları ilə bank hesabatlarını müqayisə etməyə kömək edəcəkdir. Əvvəllər bu proses mürəkkəb cədvəllərdən istifadə edərək əl ilə aparılırdı. 

HR-robot

Kadrların idarə olunması şöbəsinin işçiləri tez-tez həmkarlarının oxşar sorğuları ilə qarşılaşmaq məcburiyyətindədirlər, buna görə robotlaşdırmadan istifadə etmək çox rahatdır. Ən çox yayılmış nümunələrdən biri – gəlir vergisinin ödənilməsinə dair arayışın verilməsi. Adətən bu arayışlar avtomatik olaraq yazılır, lakin son versiya yenə də içi tərəfindən yoxlanılır. Böyük şirkətlərdə 50-dən çox işçi olur, bu halda eyni sorğuları cavablandırmaq nə dərəcədə səmərəli olar? Robot isə arayışı qısa zamanda hazırlayır, tələb olunan sütunlarda məbləğləri yoxlayır və sənədi çapa göndərərək əməkdaşlın elektron poçtuna sorğunun tamamlanması haqda bildiriş yollayır. 

RPA-nın HR-da istifadə edilməsinin başqa bir nümunəsi, robotlaşdırılmış işə qəbul prosesidir. Robot fərqli mənbələrdən istifadə edərək namizədləri tapır, bütün CV-ləri araşdırır və ayrı-ayrı qovluqlar üzrə paylayır. Bundan sonra işəgötürən müsahibəyə dəvət edəcəyi namizədləri seçir. Bənzə bir ssenari insanı işə qəbul edərkən də istifadə edilə bilər. Vaxtı optimallaşdırmaq və əl əməyini azaltmaq üçün bu proses robotlaşdırıla bilər. Bu halda robotun işində müəyyən düzəlişlərin edilməsi və ya yekun qərar qəbul edilməsi vəzifəsini icra edir. 

Robot-alıcı

Satınalma – texnologiyaların tətbiq ediləcəyi sahələrdən biridir. Robotlaşdırma sayəsində alqı-satqı zamanı vaxta qənaət etmək, auksion qiymətini aşağı salmaq və sınanılmış tədarükçüləri seçməklə şirkətə böyük qazanc gətirə bilərsiniz. 

Robotlaşdırma üçün seçdiyiniz ssenarilərdən və iş proseslərindən hansını seçməyinizdən asılı olmayaraq, əsas faydalar göz qabağındadır. Bu, proseslərin effektivliyinin artırılması, səhvlərin sayının azaldılması, 24/7 işləmək imkanı və şirkətin korporativ siyasəti ilə uyğunluq. Unutmayın ki, bir sıra vəzifələri robot yerinə yetirsə də, yekun nəticəyə görə insan məsuliyyət daşıyır. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR