Slimfit
  1. TEXNOLOGİYA

"Robot qol" əşyaları daşıyacaq

"Robot qol" əşyaları daşıyacaq
Sakura

"Robot qol" əşyaları daşıyacaq

Ens.az xəbər verir ki, isveçrəli tədqiqatçılar ultrasəs levitasiya ilə əşyaları qaldıra və daşıya biləcək robot qol düzəldirlər.

Sürix şəhərində yerləşən İsveçrə Ali Texniki Məktəbinin tədqiqatçıları səs dalğaları yayan kiçik dinamiklərdən istifadə etməklə onların tezliyi və səs gücü ilə obyektin "tutulması"nı təmin edən qurğu yaradıblar.

Səs dalğaları cismi havada saxlayan təzyiq sahəsi yaradır. Tərtibatçıların fikrincə, bunu, bir növ akustik levitasiya adlandırmaq olar.

Belə bir akustik tutma, hər hansı bir diqqətsiz toxunma ilə hissələri zərər görə bilən müxtəlif işlər üçün , məsələn, saatlar və ya mikrosxemlər yığmaq üçün idealdır.

Araşdırma qrupu hər hansı cismi qaldırmaq üçün istifadə edilən səs dalğalarının çox istiqamətli səs ötürərək onu hərəkət etdirə biləcəyini bildirir. Hal hazırda qurğ sınaq mərhələsindədir və on iki yarımkürəyə quraşdırılmaqla təzyiq sahəsi yaratmaq üçün bir-birlərinə yönəldilmiş bir neçə kiçik dinamik hərəkət etdirir.

Alimlər dinamikləri idarə etməyə, akustik təzyiq nöqtələrini tənzimləməyə və yarımkürələr içərisində cisimləri dəyişdirməyə imkan verən proqram təminatının artıq hazır olduğunu söyləyirlər. Hal-hazırda robot qol kiçik əşyaları hərəkət etdirə bilər, lakin tutulmaqla bağlı obyektin şəklinə uyğunlaşdırmaq üçün proqramı təkmilləşdirmək lazımdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR