Slimfit
  1. TEXNOLOGİYA

Robot manipulyator sağlamlıq imkanları məhdud insanları çəngəllə yedizdirir

Robot manipulyator sağlamlıq imkanları məhdud insanları çəngəllə yedizdirir
Sakura

Vaşinqton Universitetinin mühəndisləri əl hərəkəti pozuntulu insanları müstəqil şəkildə yedizdirəcək…

Vaşinqton Universitetinin mühəndisləri əl hərəkəti pozuntulu insanları müstəqil şəkildə yedizdirəcək robotlaşdırılmış sistem üçün alqoritm hazırlayıblar.

ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, alimlərin “NeurIPS 2018” konfransında etdikləri məruzələrdə bildirilib ki, yemək zamanı insanların ərzaqlarla necə davranmasını anlamaq və robotları bu hərəkətlərə adaptasiya etmək üçün mütəxəssislər tədqiqat iştirakçılarından manekeni yedizdirməyi xahiş ediblər. Toxunuşla hiss edilən siqnalların və hərəkət göstəricilərinin toplanan analizi “Kinova JACO” robotlaşdırılmış manipulyatoru üçün alqoritm yaratmağa kömək edib. Əlil kreslosuna bərkidilən robot tutma qabiliyyətinə malik manipulyator və daxili kamera ilə təchiz edilib. Ötürücülərə malik idarəetmə bloku robotun çəngəli götürərək meyvə və ya tərəvəzlərə batırması və insan ağzına yaxınlaşması zamanı işinə nəzarət edir.

Mütəxəssislər qeyd edir ki, robotun hərəkət alqoritmi onun hansı yeməklə işləməli olduğundan asılıdır. Təqdimatda robot çəngəli tərəvəz və ya meyvəyə batırması üçün proqramlaşdırılıb. Bununla yanaşı, manipulyatorun hərəkətləri konkret ərzaq növündən asılı olur: yumşaq və bərk meyvələri robot müxtəlif baxış bucağından batırır. Həmçinin robot yemək tikəsi çox böyük olanda və ya düzgün formalı olmayanda qidanı operatorun ağzına rahat baxış bucağından yaxınlaşdırır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR