Slimfit
  1. TEXNOLOGİYA

Robot balıq yaradıldı - Texnoloji yenilik

Robot balıq yaradıldı - Texnoloji yenilik
Sakura

Robot balıq yaradıldı - Texnoloji yenilik

Virciniya Universiteti və Harvard Universitetinin ortaq çalışması ilə hazırlanan bu robot balıq bioloji məlumatlarla robotun birləşməsindən yaranıb. Mütəxəssislərin skambriya və tuna balıqlarının üzmə prosesini incələyərək əldə erdiyi məlumatlar əsasında yaradılan və 'Tunabot' adlandırılan bu robor balıq canlı balıqlar qədər sürətli şəkildə üzməyi bacarır.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Virciniya Universitetinin mühəndisləri və Harvard Universitetinin bioloqları tərəfindən hazırlanan bu robot müdafiə və dəniz qaynaqlarının araşdırılması kimi fərqli prosedurlarda istifadə ediləcək. Professor Hilari Bart-Smit tərəfindən idarə edilən layihə çərçivəsində yaradılan robotu digər robotlardan ayıran bənzərsiz xüsusiyyətlər mövcuddur. Belə ki, "Tunabot" həqiqi bir balığın sahib olduğu hərəkət bacarığına sahibdir. Hilari Bart-Smit məqsədlərinin sadəcə üzən bir balıq icad etmək olmadığını qeyd edib.

Alimlər bu robotu düzəltmək üçün balıqların necə bu qədər qüsursuz şəkildə üzə bildiklərini anlamaq məqsədi ilə onların üzmə prosesini araşdırıblar. Bu araşdırmanı Harvard professoru Corc V.Lauderin rəhbərlik etdiyi heyət həyata keçirib. Lauder açıqlamasında bildirib ki, digər dəzin canlıları ilə bağlı hədsiz məlumatlar əldə edilib, lakin balıqların necə bu qədər mükəmməl üzı bilməsi məsələsi qaranlıqdır. O qeyd edib ki, "Tunabot" sadəcə bir robot olaraq düşünülməməlidir və bu layihə həm robot texnologiyası həm də bioloji məlumatları özündə əks etdirir ki, bu da onu bənzərsiz edir.

"Tunabot" suda bir balıq kimi hərəkət edə bilməsi ilə bərabər, həm də sahib olduğu quyruğuda eynilə bir balıq qədər sürətli istifadə edə bilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR