Robinyo: "Real bunu qürur məsələsinə çevirdi"
Braziliya millisinin sabiq futbolçusu Robinyo 2008-ci ildə Chelsea klubuna transfer oluna bilməməsinin səbəbini açıqlayıb. Goal.az xəbər verir ki, karyerasını Türkiyənin Sivasspor klubunda davam etdirən forvardbu keçidə Real-ın icazə vermədiyini deyib:
“Futbola başlayanda əsas məqsədim Chelsea-də forma geyinmək idi. 2008-ci ildə Real-da olarkən, onlar məni transfer etmək istəyirdi. Lakin Real buna icazə vermədi. Chelsea-nin onlarla razılaşmazdan əvvəl mənim adım yazılı Chelsea forması satışa çıxardıqları üçün razılıq əldə olunmadı. Tək səbəbin bu olduğunu düşünürəm. Onlar bunu qürür məsələsinə çevirdilər. Məni Manchester City-yə satdılar. Həmin mövsüm Çempionlar Liqasında Real da var idi, Chelsea də. Lakin Manchester City yox idi.
“Real”dan ayrıldığım üçün peşman deyildim. “Kral klubu” ilə gözəl anılarım var. Çempion olmalarında böyük əməyim var idi”.
Karyerasına Santos-da başlayan Robinyo, 2005-ci ildə Real-a transfer edilib. “Kral klubu” ilə 3 mövsüm keçirən futbolçu daha sonra Manchester City, Milan kimi klublarda forma geyinib. 34 yaşlı forvard hazırda karyerasını Sivasspor-da davam etdirir. Braziliya yığmasında 2003-cü ildə debüt edən Robinyo, 99 dəfə milli formanı geyinib və 28 qol vurub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət