Slimfit
  1. AZƏRBAYCAN

Robert Sekuta Azərbaycanda iqtisadi islahatlar haqqında məqalə yazıb: "Kadr dəyişiklikləri islahatların sürət qazanacağına işarədir"

Robert Sekuta Azərbaycanda iqtisadi islahatlar haqqında məqalə yazıb: "Kadr dəyişiklikləri islahatların sürət qazanacağına işarədir"
Sakura

Robert Sekuta Azərbaycanda iqtisadi islahatlar haqqında məqalə yazıb: "Kadr dəyişiklikləri islahatların…

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, hazırda ABŞ-da yerləşən Xəzər Siyasət Mərkəzinin İdarə heyətinin üzvü olan Robert F. Sekuta Azərbaycanda gedən iqtisadi islahatlar haqqında məqalə yazıb.

APA-nın məlumatına görə, Caspian Policy Center saytında dərc edilən "Azərbaycanda genişləndirilmiş iqtisadi islahatlar" adlı məqalədə R. Sekuta yazır ki, Azərbaycan İqtisadiyyat Nazirliyinin rəhbərliyində baş vermiş dəyişikliklər - nazir Şahin Mustafayevin Baş Nazirin müavini postuna, Vergilər naziri Mikayıl Cabbarovun isə vergi yığımı və siyasətinə nəzarəti saxlamaqla, İqtisadiyyat naziri vəzifəsinə təyin olunması Azərbaycanın ehtiyac duyduğu iqtisadi islahatların genişləndirilməsi və sürətləndiriməsi üçün təkanverici qüvvə ola bilər.

Keçmiş səfir yazır ki, bu kadr dəyişiklikləri Prezident İlham Əliyevin hökumətdə yer alan 70 yaşdan yuxarı vəzifəli şəxslərin gənclərə və yeni ideyalara yol açmaları üçün kənara çəkilməli olduqlarına dair ictimaiyyətə açıq surətdə fikir bildirməsi ilə eyni vaxta təsadüf edib.

Səfir məqaləsində Prezident İlham Əliyevdən sitat gətirib: ""Müasir dünya iqtisadiyyatı haqqında yenilikçi biliklərə sahib olan gənclər məsul dövlət vəzifələrini icra etməlidirlər. Biz 21-ci əsrdə yaşayırıq və köhnəlmiş zehniyyət və düşüncə ilə gələcəyə doğru irəliləyə bilmərik”, - cənab Əliyev qeyd etdi".

Məqalədə qeyd olunur ki, xarici valyuta və dövlət gəlirlərinin böyük bir hissəsini təmin edən mühüm neft və qaz ehtiyatlarına sahib olmaqla yanaşı, Azərbaycan uzunmüddətli rifah və inkişafı üçün iqtisadiyyatını şaxələndirməlidir.

"İqtisadiyyatı neft və təbii qaz hasilatına olan asılılıqdan uzaqlaşdırmaq, yeni sənaye və müəssisələrin yaradılmasını təşviq etmək, iş yerlərinin növlərini və sayını artırmaq bir neçə ildir ki, qarşıya qoyulmuş vəzifələrdir", - deyə məqalədə bildirilir.

Sabiq səfir yazır ki, 2014/2015-ci illərdə dünya miqyasında neft qiymətlərinin çökməsi Azərbaycan hökumətinin 2016-cı ildə bir sıra iqtisadi islahatlara başlaması ilə nəticələndi: "Bu islahat proqramı digər ölkələrin təcrübələrini, xarici praktikaları və Azərbaycanda fəaliyyət göstərən müəssisələrin tövsiyələrini əsas götürdü. Sahibkarlığın təşviq edilməsi, eyni zamanda yaradıcılığın dəstəkləndiyi və risk alan şəxslərin təqdir ediləcəklərini hiss elədikləri biznes iqlimini inkişaf etdirmək üçün hüquqi və tənzimləyici mühitə dəyişikliklər edilməsinə ehtiyac olduğu anlaşıldı".

R. Sekuta məqaləsində qeyd edir ki, keçən həftə baş verən kadr dəyişiklikləri ölkənin intellektual mülkiyyətin qorunması, şəffaflığın möhkəmləndirilməsi, qanunun aliliyinin yaxşılaşdırılması və korrupsiyaya qarşı mübarizə kimi addımlar atılması ilə islahatların sürət qazanacağına işarədir: "Bu baxımdan, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmaq üçün danışıqlara getməlidir: bu təşkilata üzvlük bir çox inkişaf etməkdə olan ölkə üçün bazar iqtisadiyyatı qaydalarını ciddi tətbiq etdiklərini, qlobal ticarət sistemində tam tərəfdaş və iş üçün açıq olduqlarını göstərən əlamətdir. Ümid edirik ki, hökumət də rəy və gələcək fikirlər əldə etmək, eləcə də islahatlara əlavə dəstək vermək üçün Azərbaycan iqtisadiyyatındakı bütün səhmdarlarla dialoqu dərinləşdirəcək".

Məqalədə Dünya Bankının hazırda bizneslə məşğul olmağın asanlığı baxımından Azərbaycanı 25-ci yerdə qərarlaşdırdığını qeyd edən keçmiş səfir Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik İndeksində Azərbaycanı Yunanıstan, Cənubi Afrika və Türkiyədən önə çıxardığını, “Heritage” Fondunun Azərbaycana 65.4 bal verdiyini qeyd edib: "Fond mütəxəssisləri hesab edir ki, 60 bal toplamış ölkə üçün bu elə mərhələdir ki, düzgün siyasət aparıldığı təqdirdə yüksələrək yaxşı nəticələr əldə edə bilər".

"Xəzər bölgəsindəki digər ölkələr kimi Azərbaycan da çoxsaylı iqtisadi çətinliklə üzləşir. Lakin Azərbaycanın kölgə iqtisadiyyatını ələ keçirmək, korrupsiyaya qarşı mübarizəni ikiqat artırmaq, hökumətin iqtisadi fəaliyyətlərə lazımsız müdaxiləsini aradan qaldırmaq, qanunun aliliyini gücləndirmək və sahibkarlığın, iş yerlərinin açılmasına və daha böyük rifaha nail olmaq üçün imkanları var", - səfir məqaləsini bu sözlərlə bitirir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR