Slimfit
  1. DÜNYA

Robert Sekuta: "Azərbaycan və Ermənistanın sülh şəraitində yaşaması üçün əlimizdən gələni edəcəyik"

Robert Sekuta: "Azərbaycan və Ermənistanın sülh şəraitində yaşaması üçün əlimizdən gələni edəcəyik"
Sakura

Robert Sekuta: "Azərbaycan və Ermənistanın sülh şəraitində yaşaması üçün əlimizdən gələni edəcəyik"

"ABŞ istəyir ki, Azərbaycan və Ermənistan arasında dostluq və sülh şəraiti yaradılsın".

"Ens.az" “Report”a istinadla  xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta Ağdam şəhərinə səfərin yekununda jurnalistlərə açıqlamasında deyib.

"Bir neçə gün öncə təsadüfən mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzində Prezident İlham Əliyevlə görüşümdə bu barədə bir neçə saul da verdim. Biz xalqlar arasında sülh yaratma missiyasını başqa ölkələrdə də aparmışıq və müsbət nəticəyə nail olmuşuq.

Düzdür, Ağdamda olan dağıntılar barədə eşitmişdik, amma burada gördüklərimiz tam bir dəhşətdir. Amma inanıram ki, hər iki tərəf olanları unudaraq mehriban qonşuluq və sülh şəraitində yaşayacaqlar. Biz bunun üçün əlimizdən gələni edəcəyik", - o bildirib.

Qeyd edək ki, mayın 22-də ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyəti Ermənistanın işğalından azad olunan Ağdam şəhərinə səfər edib.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta, Michaell Repass, Rocet Kangas və Uermey Cohendən ibarət nümayəndi heyəti Cümə məscidinə, İmarət qəbiristanlığına, Çörək muzeyinin və Dram Teatrının qalıqlarına, Şəhidlər xiyabanına, Şahbulaq qalasına baş çəkiblər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR