Slimfit
  1. AZƏRBAYCAN

Rob Sobhani: Birinci vitse-prezident Mehriban Əliyeva Şərqlə Qərb arasında qarşılıqlı anlaşma körpüləri yaradıb

Rob Sobhani: Birinci vitse-prezident Mehriban Əliyeva Şərqlə Qərb arasında qarşılıqlı anlaşma körpüləri yaradıb
Sakura

Rob Sobhani: Birinci vitse-prezident Mehriban Əliyeva Şərqlə Qərb arasında qarşılıqlı anlaşma körpüləri…

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Şərqlə Qərb arasında qarşılıqlı anlaşma körpüləri yaradıb. Bunu Trend-ə “Caspian Group Holdings”in baş direktoru Rob Sobhani deyib.

R.Sobhani bildirib ki, Azərbaycanın birinci xanımı öz məğrur xalqını beynəlxalq ictimaiyyətə çox gözəl şəkildə təqdim edə bilib: “Mehriban Əliyeva hansı ölkədə olmasından asılı olmayaraq, hər zaman Azərbaycanın zəngin irsi və mədəniyyətindən bəhs edir. O, yorulmadan Azərbaycanı mədəniyyətlərin qovuşduğu tarixi mərkəz kimi tanıdır. Ona görə də təəccüblü deyil ki, Mehriban Əliyeva dini tolerantlığın tərəfdarıdır və bu, beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir”.

O qeyd edib ki, humanitar diplomatiya Şərqlə Qərb arasında əməkdaşlıq baxımından çox vacibdir, Mehriban Əliyeva isə bu sahədə peşəkar diplomatdır:

“İncəsənət, mədəniyyət və tarixi abidələrin bərpası üzrə işlər vasitəsilə o, tədricən, amma əminliklə Şərqlə Qərb arasında qarşılıqlı anlaşma körpüləri yaradıb. Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin olunanda mən ABŞ-da məqalə yazdım və bu məqalədə həmin tarixi məqamın bütün dünya qadınları, xüsusilə də müsəlman qadınları üçün vacibliyini vurğuladım. O, təkcə qadının nəyə qadir ola biləcəyinə deyil, həm də öz ailəsi, cəmiyyəti və ölkəsi üçün nə edə biləcəyinə nümunədir”.

“Caspian Group Holdings”in baş direktoru bildirib ki, Mehriban Əliyeva qayğıkeş ana, diqqətli həyat yoldaşı və övladdır:

“O, bütün bu insani keyfiyyətləri öz işində təkcə Azərbaycanın birinci xanımı kimi yox, həm də Azərbaycanın hər bir vətəndaşının anası kimi tətbiq edir. Onun geniş ürəyi bütün dünyada bir çox insanların həyatına təsir edib. Mən şəxsən şahidi olmuşam ki, onun səxavəti sayəsində əlilliyin ağır formasından əziyyət çəkən uşaqlara zəruri texniki vasitələr alınıb, yaxud ürək xəstəliyi olan azərbaycanlı uşaq tez bir vaxtda müalicə olunub. Mehriban Əliyevanın xarakterinin bu cizgisi çox vacibdir, çünki o, həm müsəlmanlar, həm də qeyri-müsəlmanlar üçün mehriban və səxavətli bir insan olmaqla öz müsəlman inancına sadiqdir. Məhəmməd peyğəmbər öz tərəfdarlarını ehtiyacı olanlara kömək etməyə, yoxsulların qayğısına qalmağa və həyatda bəxti gətirməyənlərə kömək etməyə çağırırdı. Mehriban Əliyeva bu ehkamlara əməl edir və öz inancına sadiqdir”.

Azərbaycanda keçirilmiş irimiqyaslı tədbirlərdən də danışan R.Sobhani onların yüksək təşkilatçılıq səviyyəsini qeyd edib:

“Mən Azərbaycanda “Eurovison” mahnı müsabiqəsi keçirilən zaman olmuşam. Bu, qlobal KİV-lərin diqqətini cəlb etmiş unudulmaz hadisə idi. Azərbaycanın dünyaya nümayiş etdirilməsi üçün bu və digər tədbirlərin Mehriban Əliyevanın birbaşa rəhbərliyi ilə təşkil edilməsi çox az adamın sahib olduğu istedaddır”.

R.Sobhani bildirib ki, beynəlxalq tədbirlərin uğurla keçirilməsi üçün detallara diqqət və böyük təşkilatçılıq bacarığı tələb olunur:

“Azərbaycanın birinci xanımı bütün bu keyfiyyətlərə sahibdir, ona görə də mən ümid edirəm ki, “Ekspo-2025” sərgisi Azərbaycanda keçiriləcək. “Ekspo-2025” qlobal hadisədir və Mehriban Əliyevanın Şərqlə Qərb, Şimalla Cənub arasında körpülər yaratmağa tərəfdar olduğunu nəzərə alsaq, Azərbaycan hazırda bir çoxları tərəfindən beynəlxalq tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul edilir”.

O, həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın və onun rəhbəri olduğu Heydər Əliyev Fondunun Azərbaycana qarşı erməni təcavüzü haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması sahəsində fəaliyyətinə toxunub:

“Heydər Əliyev Fondu dünyanın Dağlıq Qarabağda baş verən faciəvi hadisələr barədə məlumatlandırılmasında aparıcı rol oynayır. Mehriban Əliyevanın bu səylərinin uğur qazanmasının səbəbi münaqişənin qərb auditoriyası üçün bəşəriləşdirilməsi oldu. Bu münaqişənin həlli üçün beynəlxalq ictimaiyyətin dəstəyini qazanmaq da çox vacibdir. Mən səmimi olaraq inanıram ki, Mehriban Əliyeva Nobel Sülh Mükafatı laureatı ola bilər. Nəyə görə bunu deyirəm? Ümumiyyətlə, istənilən münaqişə sonrası vəziyyətdə tərəflər bir-birinin humanitar tərəflərini yaxşı başa düşməlidirlər. Azərbaycanın birinci xanımı erməni işğalının qurbanı olan xalqının yorulmaz müdafiəçisi olsa da, müharibə və münaqişənin yaralarının sağalmasına da böyük təsir göstərə bilər”.

R.Sobhani əlavə edib ki, əgər beynəlxalq ictimaiyyət, xüsusilə də ATƏT Minsk qrupunun həmsədrləri qismində Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan və Ermənistanla işləyərsə, Mehriban Əliyevanın münaqişədən sonrakı bərpa prosesində rolu böyük əhəmiyyət daşıyacaq:

“O, fransalı, rusiyalı və amerikalılarla yaxşı münasibətlərə malikdir və ona görə də bu ölkələrdən olan beynəlxalq donorlarla, həmçinin hazırda erməni qoşunlarının işğalı altında olan torpaqların bərpası üçün Dünya Bankı ilə iş görmək baxımından yaxşı imkanları var”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR