Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Rizvan Teymurov Rəhman oğlu

Rizvan Teymurov Rəhman oğlu
Sakura

DOĞUM TARİXİ: 16/04/1967 VƏFAT TARİXİ: 09/12/1991

16 aprel 1967-ci ildə Şuşa rayonunun Quşçular kəndində ziyalı ailəsində doğulmuşdur. 1984-cü ildə doğma kəndində orta məktəbi bitirdikdən sonra bir il sovxozda işləmişdir. 1985-ci ildə ordu sıralarına çağırılmış, əsgəri xidmətini Omsk şəhərində başa vurduqdan sonra Vətənə dönmüşdür. O, 1987-ci ildə iş dalınca Rusiyanın Arxangelsk vilayətinə gedir. Lakin torpaq qeyrəti 1990-cı ildə onu yenidən Vətənə dönməyə vadar edir. O, bir müddət doğma rayonunda iaşə xidməti sahəsində işləyir. Şuşa rayon DİŞ-nin nəzdində Xüsusi Təyinatlı Polis Dəstəsi yaradılanda o, tərəddüd etmədən bu dəstəyə daxil olur. Qorxubilməz, cəsur döyüşçülərdən ibarət olan bu dəstə Qaradağlı, Sırxavənd, Umudlu, Meşəli, Cəmilli kəndlərində, habelə Xankəndində erməni yaraqlılarının zərərsizləşdirilməsində və tərksilah edilməsində qəhrəmanlıq nümunəsi göstərmişdir. Rizvan Teymurov Qarabağ torpağını qarış-qarış gəzmişdi. O, Xankəndi, Kərkicahan ətrafındakı döyüşlərdə rəşadətlə vuruşmuşdur.

9 dekabr 1991-ci il... Cəsur əsgərin son döyüşü... Rizvan səhər tezdən əməliyyata gedəcəkdi. O, dincəlməli idi. Gecədən xeyli keçsədə gözünə yuxu getmirdi. O, qalxıb yoldaşlarının yanına - Kərkicahana getməyi qərara aldı. Gecə erməni yaraqlıları qəfil hücuma keçdilər. Lakin cəsur döyüşçülərimizin qarşısında tab gətirə bilməyəcəklərini görüb geri çəkildilər. O, Xankəndi-Kərkicahan ətrafında gedən qanlı döyüşdə qəhrəmancasına həlak oldu.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Teymurov Rizvan Rəhman oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Şuşa rayonunun Quşçular kəndində dəfn edilmişdir.

Bakının Nizami rayonundakı küçələrdən biri onun adını daşıyır.

 

Mənbə: Milliqahramanlar.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR