Slimfit
  1. AZƏRBAYCAN

Riyaziyyat və Mexanika İnstitutunda növbəti elmi seminar

Riyaziyyat və Mexanika İnstitutunda növbəti elmi seminar
Sakura

Riyaziyyat və Mexanika İnstitutunda növbəti elmi seminar

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda “Qeyri-lokal şərtlərlə verilmiş tərs mənbə məsələlərinin ədədi həllinə bir yanaşma” mövzusunda elmi seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, seminarda AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, dosent Anar Rəhimovun mövzu üzrə məruzəsi dinlənilib.

Məruzədə qeyri-lokal başlanğıc və sərhəd şərtləri ilə parabolik tip tənlik üçün iki tərs mənbə məsələlərinə baxılıb. Tərs məsələlərin düz xətlər üsuluna əsaslanan ədədi həll üsulu təklif olunub. İlkin məsələlər naməlum parametrli adi diferensial tənliklər sisteminə gətirilib. Bu sistemi həll etmək üçün həllin xüsusi göstərilənə əsaslanan naməlum parametrləri tapmaq üçün qeyri-iterativ ədədi üsul təklif edilib. Test məsələlər üzərində aparılmış ədədi eksperimentlərin nəticələri verilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR