Slimfit
  1. MARAQLI

Rixard Zorge - 1 nömrəli kəşfiyyatçı

Rixard Zorge - 1 nömrəli kəşfiyyatçı
Sakura

Rixard Zorge - 1 nömrəli kəşfiyyatçı

Bakı haqlı olaraq dünyaya çox sayda görkəmli şəxsiyyət bəxş etməsi ilə öyünə bilər. Belə şəxslərdən biri Sovet İttifaqı Qəhrəmanı, əfsanəvi kəşfiyyatçı, daha çox "1 nömrəli kəşfiyyatçı" adlandırılan Rixard Zorgedir (agentura ləqəbi - Ramzay).

Təəssüf ki, kəşfiyyatçılar üçün qəbul olunmuş qaydalarda olduğu kimi, onun tərcümeyi-halında hər şey dolaşıqdır və bir çox ziddiyyətli faktlar var. Buna görə tədqiqatçılar və tarixçilər tez-tez hər hansı məlumatı yoxlamalı və yenidən dəqiqləşdirməli olurlar. Nəzərə aldıqda ki, XX əsrin 60-cı illərində Zorgenin tərcümeyi-halı Sovet hökumətinin əli ilə, daha sonra isə yazıçılar və jurnalistlər tərəfindən bir çox mif və əfsanələrlə ölçüsüz halda zənginləşdirilmişdi, hər şeyi hərtərəfli öyrənmə ehtimalı çox azdır.

Olduqca tipikdir hal odur ki, iyirmi il ərzində Sovet İttifaqı Rixard Zorgenin öz agenti olduğunu qəbul etmirdi. 1964-cü ildə Nikita Xruşşov İves Çampinin "Siz kimsiniz, doktor Zorge?" filminə baxanda, şahidlərin dediyinə görə, gördüklərinə heyran qalmışdı. Filmin nümayişində iştirak edən sovet xüsusi xidmət orqanlarının rəhbərlərindən Rixard Zorgenin uydurma personaj olmadığını, tam real şəxs olduğunu öyrəndikdən sonra Xruşşov onun üçün bu iş üzrə bütün materialların hazırlanmasını tapşırmışdı.

Baş qərargahın Əsas kəşfiyyat idarəsində general-mayor A.F.Kositsının rəhbərliyi ilə Zorgenin işi üzrə materialların öyrənilməsi üçün komissiya yaradıldı. Bu komissiyanın materiallarına, arxiv sənədlərindən əlavə, Rixard Zorgeni tanıyan və onunla işləmiş insanların xatirələri və arayışları da daxil edildi.

4 sentyabr 1964-cü ildə "Pravda" qəzetində Rixard Zorge haqqında məqalə dərc edildi. Burada o, 1941-ci ildə Almaniyanın SSRİ-yə hücuma hazırlaşdığı haqqında etibarlı məlumat alan ilk qəhrəman kimi təsvir edildi. Bundan sonra Zorge, SSRİ-ni gözləyən fəlakətlər barədə dəfələrlə Stalini xəbərdar etdi. "Bununla belə, Stalin bu və digər oxşar məlumatlara əhəmiyyət vermədi", məqalədə deyilirdi. Sovet İttifaqı Qəhrəmanı adı Rixard Zorgeyə ölümündən sonra yalnız 5 noyabr 1964-cü ildə verildi.

Komissiya işi araşdırır və xüsusi bir bölmə də mif yaradıcılığıyla məşğul olurdu. Onları anlamaq olardı: birdən-birə naməlum qəhrəman kimi Sovet təbliğatı üçün belə cəzbedici platforma meydana gəlmişdi və indi orada kəşfiyyatçı obrazını süni şəkildə formalaşdıran məqalələr və kitablar, filmlər və süjetlər yaranırdı. Lakin Zorgenin bunlara ehtiyacı yox idi. Ancaq miflər törəməyə davam edirdi.

Miflərdən biri budur ki, guya Zorge nasistlərin SSRİ-yə hücumunun dəqiq tarixini deyibmiş- 22 iyun 1941. Əslində, peşəkar kəşfiyyat zabiti olan Zorge, fərqli vaxtlarda fərqli tarixlər söyləmişdi, amma bu tarixlərin hamısı gerçəyə - 22 iyuna çox yaxın idi. Deyilən tarixlər ona görə fərqli alınırdı ki, Zorge Yaponiyadakı alman mənbələrindən istifadə edirdi və onlar həmin dövrdə nə məlumat bilirdilərsə, onu da deyirdilər, odur ki, məlumatlar ziddiyyətli olurdu. Buna görə də Stalin onlara inanmırdı. Etibarlı və birmənalı olan (və bu bir mif deyil, sənədlərlə təsdiqlənən) yeganə məlumat 1941-ci ildə Yaponiyanın şərqdən SSRİ-yə hücum etməyə hazırlaşmadığı idi. Bu, Sovet hökumətinə öz qoşunlarının böyük kontingentini Sibirdən çıxarmağa və onu Moskvaya köçürməyə imkan verdi. Bu isə şübhəsiz ki, İkinci Dünya Müharibəsinin nəticəsinə böyük təsir göstərdi.

Başqa bir mif isə odur ki, Tokioda edamdan əvvəl Zorqe guya sovet təşviqatı ruhunda ucadan qışqırıb: "Yaşasın Kommunist partiyası, Sovet İttifaqı, Qırmızı ordu!". İkinci variant – "Yaşasın Komintern !" Bu mif kitablarda, açıqçalarda, sənədli filmlərdə tirajlandı. Əslində isə Zorge heç nə şey söyləməyib: 2004-cü ildə Yaponiyada edam prosedurunun açıqlanan sənədlərində bu cür epizod tapılmayıb. Həmin sənədlərdə qeyd olunur ki, Zorge sakit davrandı, həbsxana işçilərinə ona qarşı yaxşı münasibət göstərdiklərinə görə təşəkkür etdi, hökmün icrası kamerasına girdi və əsl kişi kimi ləyaqətlə, səssizcə öldü. Hətta gözlərinin bağlanmasından da imtina etdi.

Guya yaponların öz casuslarını Zorge ilə mübadilə etməklə bağlı Stalinə üç dəfə təklif etmələri və onun da razılaşmaması da mifdir. Yaponlar belə təklif etməmişdi və Stalin də yaxşı təklif edə bilərdi - belə presedentlər olmuşdu. Lakin Zorge zabit deyildi. Üstəlik, dindirmə zamanı sovet kəşfiyyatına işlədiyini dürüst şəkildə söylədi. Ancaq heç kim onu müvəffəqiyyətsizlik halında necə davranmağa hazırlamamışdı, Zorge-Ramzay sadəcə dürüst insan kimi davranırdı. Silahdaşlarının taleyini yüngülləşdirmək üçün onların günahlarını öz üsərinə götürdü. Ancaq heç kimi satmadı. Ancaq Ramzay qrupunu kimin ələ verdiyi artıq şübhə doğurmur. Satqınlardan birinin adı məlumdur - bu, SSRİ-də hörmətlə qəbul edilən və sonradan öz əcəliylə ölən Klauzen idi. Onunla bağlı da mif uydurulmuşdu: uzun müddət onu Zorgenin sadiq silahdaşı kimi təqdim edirdilər.

Rixard Zorgenin məzarı.

Zorgenin rus arvadına guya sadiq qaldığı barədə də mif var. Bu da yalandır, onun arvadbaz kimi möhkəm reputasiyası var idi. Amma bu reputasiya ona işində çox kömək edirdi: motosikl sürən bu yaraşıqlı alman jurnalistinin əslində SSRİ agenti olduğu kimin ağlına gələ bilərdi? 

Yuxarıda qeyd olunduğu kimi, Zorgenin edamından sonra uzun müddət susdular. 1949-cu ildə Sovet kəşfiyyatı ilə bağlı materiallar əvvəlcə Yaponiya mətbuatında, daha sonra digər ölkələrin mətbuatında yayımlandı. 1960-cı illərin əvvəllərində bu mövzunun Qərbdə populyarlaşmasına görə Zorge amerikalılara borcludur. Onlar işin üzərindən məxfiliyi götürdükdə bu kəşfiyyatçının Moskvaya ötürdüyü kəşfiyyat məlumatlarının həcmindən dəhşətə gəlmişdilər. 1947-ci ildə məhz amerikan işğal hökuməti "Suqamo" həbsxanasının həyətindəki ümumi məzardan Zorgenin qalıqlarını Tokiodakı "Tama"qəbiristanlığına köçürdü. Onun qəbrini dəyişdirdikdə hərbi təltiflər də verdilər. Öncədən əlbəttə ki, kəşfiyyatçı haqqında, o cümlədən ailəsi və doğum yeri haqqında mümkün olan maksimum məlumatları araşdırıb üzə çıxararaq.

Rixard Zorge 4 oktyabr 1895-ci ildə Bakıda, Sabunçuda anadan olmuşdu. Tarixi bir dəyəri olan və dövlət tərəfindən qorunan bu evdə Sovet dövründə Sovet İttifaqı Qəhrəmanı Rixard Zorgenin burada 1895 - 1898 illər arasında yaşadığı yazısı olan bir xatirə lövhəsi asıldı. Bir vaxtlar bir mərtəbəli binanın yaxınlığında Zorgenin yoldaşlarından, radistlərindən və əlaqələrindən alınan maraqlı materialları saxlayan muzey var idi, sonra muzey yox oldu. Ev adi bir yaşayış binasına çevrildi ...

Düzdür, bəzi mənbələrdə Rixard Zorgenin Yelizavetpol əyalətinin (Gəncə) Hacıkənd kəndində anadan olduğu barədə yazılar var. Bu cür məlumatların haradan gəldiyini Zorgenin özündən götürmək olar: Yapon həbsxanasında dindirilmə zamanı Rixard "Cənubi Qafqazda yerləşən Hacıkənd kəndində" anadan olduğunu söyləyir. Fəlsəfə Fakültəsindən məzun olduğu Fridrix-Vilhelm adına Berlin Kral Universitetinin 18 Mart 1918-ci ildə ona verdiyi diplomda yazılmışdı: Bakıda, "RuSland, Staat Ganga, S. Kaukas" anadan olub. Ancaq qeyd edildiyi kimi, hər hansı kəşfiyyatçının tərcümeyi-halında həmişə çox sayda qeyri-müəyyənlik olur ...

Ancaq hər halda, Hacıkənd söhbəti haradan yaranıb? Gözəl Göy-Gölün yaxınlığında olan bu kənddə Zorge ailəsinin "dağlıq ərazinin çox təmiz havasından həzz aldıqları" yayda istirahət etdikləri bir yay evi var idi.

Rixard alman atanın və rus anasının qarışıq evliliyindən dünyaya gəlmişdi. 1927-ci ildə Zorgenin SSRİ-də yazılmış avtobioqrafiyasında belə sətirlər var: “Atamın ailəsi irsi ziyalılar ailəsidir və eyni zamanda köhnə inqilabi ənənələrə sahib bir ailədir. Həm babam, həm də əmilərim, xüsusən də Fridrix Adolf Zorge 1848 inqilabı ərəfəsində və sonrasında fəal inqilabçılar idilər". Ancaq atası haqqında eyni sözü deyə bilmədi və onu "millətçi və imperialist" adlandırırdı.

Atası Qustav Vilhelm uşaqlarını da həmin ruhda böyütməyə çalışdı, amma istəyi baş tutmadı: böyük oğullarından biri həddindən artıq sol əqidəyə malik idi, kiçik, Rixard isə sonradan kommunist oldu.

Qustav Vilhelm özü cərrah oğlu idi, ABŞ-da təcrübə qazanmış dərin neft qazma sahəsində tanınmış mütəxəssis idi. 1877-ci ildə Otto Lenz mexaniki zavodunda qazma qurğularının yaradılması emalatxanası açmaq üçün Amerikadan Bakıya köçmüşdü. 1881-ci ildə artıq öz adı altında firması vardı. Bu firma yalnız Alman Neft Şirkəti Səhmdar Cəmiyyətinin deyil, həm də Nobel Qardaşlıq Tərəfdaşlığının da sifarişlərini icra edirdi.

Qustav Vilhelm həyat yoldaşı və ən azı iki qızı ilə Bakıya gəlmişdi. Daha sonra həyat yoldaşı ölür (yəqin ki, vəbadan) və Qustav Vilhelm ikinci dəfə evlənir - Nina Semyonovna Kobeleva adlı (1867-1952), yoxsul fəhlə ailəsindən olan bir qızla. Nina Kobeleva Qustav Vilhelmdən üç oğlan dünyaya gətirdi, onların ən kiçiyi Rixard idi. (Ancaq başqa bir məlumat da var: ailədə iki evlilikdən on uşaq var idi, ancaq onlardan beşi körpəlikdə öldü.)

Uşaqlarda Qustav Vilhelm geniş dünyagörüşünü, ölkəsinin hüdudlarından kənarı görmə qabiliyyəti inkişaf etdirirdi ki, həyatda onlara faydalı olsun. Həmişə Bakıda və onun ətrafında baş verənlərlə maraqlanırdı: bəlli oldu ki, şəhərdə sosial qarışıqlıq buludları toplanır. Bununla birlikdə o alman ticarət tədbirliliyinin üslubunda uşaqlara təlim verirdi. Ana yalnız rus mətbəxinin qayğısına qalmırdı, o uşaqlarda dərin hisləri oyatmağa, onlara vətən sevgini aşılamağa çalışırdı. Rixardı ailəsində nəvazişlə "İka" deyə çağırırdılar. Maraqlıdır ki, bu ada 1927-ci il Sovet vəsiqəsində rast gəlirik.

Yulius Mader "Doktor Zorge haqqında reportaj" adlı kitabında Rixardın ilk illəri haqqında yazırdı: "Zorgenin (ata - red.) emalatxanası Sabunçuda, qəsəbədən uzaqda olmayan duz gölünün sahilində, ikimərtəbəli yaşayış binasında yerləşirdi. Kiçik Rixardın həyatının ilk üç ili yalnız cənub günəşi ilə deyil, həm də iqtisadi və sosial ziddiyyətlər ilə qızışan sənaye mərkəzində keçdi. "

Ancaq Zorge Hacıkənddəki bağlarını çox xatırlayır və onu ailəsinin yuvası hesab edirdi. Bəlkə də buna görə Hacıkəndi bəzən doğulduğu yer adlandırırlar.

1898-ci ildə Qustav Vilhelm Almaniyaya qayıtmaq qərarına gəldi - sağlamlığına görə. Rəsmi tarix elmi belə deyir. Gələcək kəşfiyyat məmurunun atası və babasının mason lojalarından birinə daxil olmasına dair məlumatlar var və iddia edilir ki, gediş bu səbəblə əlaqəliydi. Ailənin başçısı Hacıkənddəki bağ evini satmağa çalışdı, lakin nəticəsi olmadı. Sonda, tələbələri yay aylarında orada dincəlmələri üçün onu bütün əşyaları ilə birgə Bakı qadın təhsil müəssisələrindən birinə pulsuz olaraq təhvil verdi.

Birinci Dünya Müharibəsi başlayanda Rusiya imperiyasının müxtəlif şəhərlərində yaşayan etnik almanlara qarşı repressiyalar başladı. Məsələn, 13 dekabr 1915-ci ildə almanların torpaq mülkiyyətinin ləğvi barədə qanun qəbul edildi və artıq 1916-cı il martın 31-də Hacıkənddəki Zorge ailəsinin torpaq sahələri geri alındı.

Qustav Vilhelm bunu heç bilmədi də - Ailəsi ilə birgə köçdüyü Berlində yaşayırdı və 1907-ci ildə orada vəfat etdi. Ailəsi ilə birlikdə təbii olaraq balaca Rixard da köçmüşdü. Sonradan onun həyatı heç vaxt Bakı və Azərbaycanla əlaqəli olmamışdı, lakin özü zarafatla Moskvadakə dostlarına deyirdi: “Əslində mən özümü azərbaycanlı hesab edə bilərəm. Ancaq problem budur ki - Azərbaycan dilində bir söz bilmirəm.

Mənbə: Алхайд

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR