Dərc edildi: Baxış sayı: 1242
RGEM: Hər kəs karantin şəraitinə məsuliyyətlə yanaşmalıdır
Bakı. İlhamə İsabalayeva – Trend:
Koronavirusla əlaqədar hazırkı karantin şəraitinə hər kəs məsuliyyətlə yanaşmalıdır.
Trend-in məlumatına görə, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.
Hazırda gücləndirilmiş rejimdə fəaliyyət göstərdiklərini bildirən Z.Kazımov qeyd edib ki, artıq bütün məktəbəqədər və ümumtəhsil müəssisələrində və əhalinin toplaşdığı ərazilərdə dezinfeksiya işləri aparılıb.
O, dezinfeksiya işlərinin hazırda da davam etdiyini söyləyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət