Slimfit
  1. ƏDƏBİYYAT

Rezo Əliyev

Rezo Əliyev
Sakura

Rezo Əliyev - azərbaycan əsilli alman mühəndisi

Rezo Rəhim oğlu Əliyev — Almaniyada qazanılmış texnika üzrə "Doktor-mühəndis" elmi dərəcəli, azərbaycan əsilli alman mühəndisi.

Həyatı və elmi fəaliyyəti

Rezo Əliyev 20 aprel 1968-ci ildə Gürcüstanda anadan olub. 1985-ci ildə orta məktəbi əla qiymətlərlə başa vurduqdan sonra Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna eksperiment yolu ilə (yalnız iki imtahan verməklə) daxil olaraq tələbə adını qazanır. 1992-ci ildə Azərbaycan Texniki Universitetini fərqlənmə diplomu ilə bitirir və fərqlənən məzunlar arasından seçilərək həmin ali məktəbdə gənc tədqiqatçı kimi işlə təmin olunur. 1992-1995-ci illərdə AzTU-da professorHəsən Hüseynovun rəhbərliyi altında elmi-tədqiqat işi ilə məşğul olur. Bu dövrdə maşınqayırma sahəsində aparıcı elmi jurnallarda bir çox elmi məqalələrlə çıxış edir.

Alman Akademik Mübadilə Xidməti (DAAD) tərəfindən layiq görüldüyü stipendiyaya əsasən 1995-ci ildə Frayberq Texniki Universitetinə ezam olunur.1995-1997-ci illərdə bu universitetdə müxtəlif elmi tədqiqat layihələrində iştirak edir. Frayberq Texniki Universitetinin maşınqayırma fakültəsinin elmi şurasının qərarı ilə 1997-ci ildə həmin universitetdə doktoranturayaqəbul olunur. Maşınqayırmada yüksək texnologiyalar sahəsində yazdığı dissertasiyanı 5 yanvar 2001-ci il tarixində müdafiə edərək, Almaniya Federativ Respublikasında ilk azərbaycanlı olaraq "Doktor-mühəndis" elmi dərəcəsinə yiyələnir. Maşınqayırmada yüksək texnologiyalar sahəsində məşğul olduğu problemlər üzrə 60-dan çox elmi məqalənin və ondan çox patentin müəllifidir. Elmi fəaliyyətinə dair biblioqrafiya vikikitabda yerləşdirilmişdir. Tərcümeyi halı və elmi fəaliyyət sahəsi haqqında məlumatlar 2007-ci ildə ABŞ-da çap olunmuş “Who’s Who in Science and Engineering 2008-2009“ kitabına daxil edilib.

2001-ci ildə Rezo Əliyev avtomobil sənayesi üçün metal prototiplərin hazırlanması sahəsində dünyada aparıcı müəssisə sayılan, "3D Çapetmə" texnologiyasının tətbiqçisi olan ACTech GmbH firmasına işə dəvət olunur. Burada o, alman həmkarları ilə birgə Frayberq Texniki Universitetində çalışdığı dövrdə yeni işlədiyi və patentləşdirilən frezləmə texnoliogiyasının bazasında yeni istehsal sahəsibnin yaradılması ilə məşğul olur. Həmin ildə təməli qoyulan qəliblərin frezlənməsi şöbəsində effektiv hazırlama üsulunun tətbiqi ili indiyə qədər minlərcə avtomobil hissələri hazırlanmışdır. Rezo Əliyevin davamlı apardığı elmi-tədqiqat işləri şöbədə tətbiq olunan frezləmə texnologiyasının digər üsullarla rəqabətə davamlılığını artırmışdır.

Onun əsas fəaliyyət sahəsinə firmadaxili yeni texnoloji proseslərin işlənməsi və tətbiqi ilə bərabər, müəssisə ilə elmi-tədqiqat institutları arasında aparılan elmi işləri və həmçinin müəssisənin patent işlərini koordinasiya etmək də aiddir. Son illər Almaniyada istehsal proseslərinin uğur açarı sayılan "3D Çapetmə" texnologiyası ilə bağlı görülən elmi işlərin koordinasiyası, firmanı uyğun elmi konfranslarda və peşəkar görüşlərdə təmsil etmək Rezo Əliyevə tapşırılıb.

Rezo Əliyevin eyni zamanda Azərbaycan ali məktəbləri ilə də sıx əlaqələri var. AzTU və ADNSU ilə olan sıx əməkdaşlıq sayəsində elmi biliklərin və təcrübələrin mübadiləsi, maşınqayırma sahəsində mütərəqqi texnologiyaların və elmi metodların kitablar şəklində Azərbaycanda çap edilməsi və bunun bu sahələrdə təhsil alan tələblər üçün əlçatan edilməsi baş tutmuşdur. Azərbaycanda keçirilən bir sıra elmi-texniki konfranslarda elmi məruzələrlə çıxış etmişdir. Həm Almaniyada, həm də Azərbaycanda təhsil alan tələbələrlə sıx əlaqəyə malikdir.

Elmi-yaradıcılıq işləri

Seçilmiş elmi məqalələri

Patentləri

Kitabları

Tərcümələri

Pedaqoji fəaliyyəti

Rezo Əliyev 1992-95-ci illərdə AzTU-da çalışdığı zaman "Maşınqayırmada avtomatlaşdırılmış layihələndirmə sistemləri" fənnindən mühazirə və məşğələ dərslərinin təşkili və keçirilməsini icra edib. Frayberq Texniki Universitetində 1995-2001-ci illərdə "Maşınqayırma texnologiyası" və "Maşınqayırmada CAD" fənnləri üçün metodiki göstərişlərin hazırlanması və bu fənlər üzrə məşğələ dərslərinin keçirilməsində iştirak edərək, layihə və diplom işlərinə rəhbərlik edib.

Vikipediyada fəaliyyəti

Rezo Əliyev 11 iyul 2007-ci ildən Azərbaycanca Vikipediyada Rezo adı ilə aktiv fəaliyyət göstərir. Vikipediyada indiyə qədər 500-dən çox texniki yönümlü irihəcmli məqalələrin yaradılması və təkmilləşdirilməsi ilə məşğul olmuşdur. Azərbaycan dilində qarşılığı olmayan bir neçə yeni texniki terminin azərbaycan dili leksikonuna daxil etmiş və bu haqqda vikipediyada məqalələr yaratmışdır.

İctimai fəaliyyəti

Almaniyada çalışdığı müddətdə alman təhsil sistemində sezdiyi fərqlər, orada tətbiq olunan və Azərbaycan tələbələri üçün faydalı olan metod və vərdişlər haqqında vaxtaşarı Azərbaycan mediasında məqalələrlə çıxış etmişdir.Bu yolla təkmil təhsil sistemləri haqqındakı biliklərin Azərbaycana transfer edilməsinə öz töhfəsini vermişdir.

Son 25 ildə o, Almaniyada azərbaycanlı diaspor qurumlarının yaranması, formalaşması və fəaliyyəti haqqında öz müşahidələrini şəxsi bloqunda oxucularla bölüşür.Rezo Əliyev Almaniyada təhsil alan azərbaycanlı tələbələrlə aktiv əlaqəyə malikdir. Bu qarşılıqlı münasibətin bəhrəsi kimi 2007-ci ildə "Almaniyada təhsil alan tələbələr və elmi işçilər birliyi" təsis olunub və Frayberq şəhərinin məhkəməsində qeydiyyatdan keçmişdir. Rezo Əliyevin diaspora fəaliyyəti son illər bu birliyin təşkil etdiyi tədbirlər çərçivəsində özünə yer alır. "Almaniyada Təhsil Alan Tələbələr və Elmi İşçilər Birliyi" hal-hazırda Almaniyada aktiv fəaliyyət göstərən və yüzlərlə azərbaycanlı gənci müəyyən bir məqsəd ətrafında birləşdirən və vaxtaşırı Almaniyanın müxtəlif şəhərlərində tədbirlər keçirən yeganə tələbə təşkilatıdır.

Almaniyada yaşadığı müddətdə onlarca azərbaycanlı tələbə, elmi işçi və universitet müəllimlərinin Almaniya ali məktəblərində qısa və uzun müddətli elmi staj keçmələrinə yardım etdmişdir. Bu işlərin sayəsində bir neçə aərbaycanlı gəncin Almaniyada magistraturada və doktoranturada təhsili baş tutmuşdur. Eyni zamanda o, təmasda olduğu alman ali məktəb işçilərinin də Azərbaycana səfərləinin və bu görüşlərin faydalı təşkilində iştirak etmişdir. Dəfələrlə alman professorlarının Azərbaycanda keçirilən elmi konfransalrda iştirak və çıxış etməsini təşkil etmişdir.

 

Əliyev, R. Siyirtmələrin hissələrinin xüsusi avtomatlaşdırılmış avadanlıqda emal edilməsinin iqtisadi səmərəliliyi. Bakı: İqtisadiyyat və həyat jurnalı. 1-3(1995), Səh. 49-53.

Əliyev, R. Çoxvariantlı texnoloji proseslərin optimallaşdırılmasında alqoritmik qraf nəzəriyyəsinin tətbiqi. Beynəlxalq elmi-texniki jurnal "Maşınşünaslıq", №2, 2012, Səh. 16-22.

Əliyev, R. Hibrid texnoloji proseslərin inkişafındakı əsas təmayüllər. Beynəlxalq elmi-texniki konfrans "Maşınqayırmada intellektual texnologiyalar", Bakı, Sentyabr 2016, S. 200-204.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR