Slimfit
  1. CƏMİYYƏT

Rəy verilməyən dövlət ekoloji ekspertizası obyektlərinin məhsul istehsal etməsi qadağan olunub

Rəy verilməyən dövlət ekoloji ekspertizası obyektlərinin məhsul istehsal etməsi qadağan olunub
Sakura

Rəy verilməyən dövlət ekoloji ekspertizası obyektlərinin məhsul istehsal etməsi qadağan olunub

Ekoloji ekspertizanın əsas məqsədi ekoloji ekspertiza obyektlərinin ətraf mühitə və insan sağlamlığına birbaşa və ya dolayısilə mənfi təsirinin və onlarla bağlı nəticələrin aşkar edilməsi, qarşısının alınması və proqnozlaşdırılmasından, qəbul olunan qərarların ekoloji təhlükəsizlik dərəcəsini və ətraf mühitin mühafizəsi üzrə tədbirlərin səmərəsini müəyyən etməkdən ibarətdir. Dövlət ekoloji ekspertizası “Ətraf mühitin mühafizəsi haqqında” qanunda göstərilən aşağıdakı obyektlərə münasibətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən həyata keçirilir:

- ölkə və iqtisadiyyat sahələri üzrə məhsuldar qüvvələrin inkişafına və yerləşdirilməsinə dair dövlət və yerli proqramların layihələri, strateji sənədlərin layihələrinə dair strateji ekoloji qiymətləndirmə sənədləri;

- istehsal, sosial, ticarət, ictimai iaşə və digər xidmət obyektləri, infrastruktur obyektləri və komplekslərinin layihələri, onların konservasiyası, ləğv olunması, yeni texnika ilə təchizatı və genişləndirilməsi üzrə layihələr, texniki-iqtisadi əsaslandırılmalar (TİƏ), ətraf mühitə təsirin qiymətləndirilməsi (bundan sonra – ƏMTQ) və transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi sənədləri;

- yeni texnikanın, texnologiyanın, materialların və maddələrin yaradılmasına, o cümlədən idxalına və ixracına dair sənədlər;

- ətraf mühitin mühafizəsi sahəsində metodiki təlimatların və texniki normativ hüquqi aktların layihələri;

- ərazilərin kompleks ekoloji tədqiqat materialları, ərazilərə xüsusi mühafizə statusunun verilməsi, ekoloji fəlakət zonalarının və fövqəladə ekoloji vəziyyətin elan olunmasının əsaslandırılması sənədləri, habelə həmin ərazilərin bərpası proqramları;

- regionların, ayrı-ayrı ərazilərin və təbiət komplekslərinin ekoloji vəziyyətinə dair sənədlər;

- aidiyyəti dövlət orqanlarının (qurumlarının) qərarlarına əsasən təbiətdən (təbii ehtiyatlardan) istifadəni nəzərdə tutan müqavilə (kontrakt) və razılaşmaların layihələri;

- Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda tikinti layihələrinin ekologiya bölməsi.

Dövlət ekoloji ekspertizasının nəticələrinə dair rəsmi sənəd dövlət ekoloji ekspertizasının rəyi hesab olunacaq.

Eyni zamanda dövlət ekoloji ekspertizasının obyektləri barədə ekoloji ekspertiza rəyi olmadan sənaye və ərzaq məhsullarının istehsalı, müvafiq işlərin, xidmətlərin yerinə yetirilməsi və ya Azərbaycan Respublikasının ərazisinə gətirilməsi qadağandır.

Dövlət ekoloji ekspertizasının obyektləri xüsusi mühafizə olunan təbiət ərazilərinə və obyektlərinə yaxın ərazilərlə bağlı olduqda, dövlət ekoloji ekspertizası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin nümayəndələrinin, müalicə-sağlamlaşdırma yerlərinə və kurortlara münasibətdə isə Səhiyyə Nazirliyinin nümayəndələrinin iştirakı ilə aparılır. Təsərrüfat fəaliyyəti yerin təkindən istifadə ilə bağlı olduqda, həmin fəaliyyətə dair dövlət ekoloji ekspertizası “Yerin təki haqqında” qanuna uyğun olaraq yerin təkinin geoloji öyrənilməsi, faydalı qazıntıların çıxarılması, eləcə də onların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən yerin təki sahələri və onlarla əlaqədar işlər dövlət uçotuna və dövlət qeydiyyatına alındıqdan sonra aparılır.

Qaydaya əsasən, dövlət ekoloji ekspertizası həyata keçirilərkən aşağıdakılar rəhbər tutulur:

- Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklər;

- ekoloji ekspertiza obyektlərinin ətraf mühitə təsirinin kompleks (sosial-iqtisadi, ekoloji) qiymətləndirilməsinin nəticələri;

- ekoloji tarazlığın, genofondun və canlı təbiətin müxtəlifliyinin qorunub saxlanılmasının təmin edilməsi zərurəti;

- dövlət ekoloji ekspertizasının keyfiyyətinin və ekoloji ekspertiza rəyinin tərəflərin mövqelərindən asılılığının yolverilməzliyi;

- dövlət ekoloji ekspertizası metodologiyasının inkişafı və təkmilləşdirilməsi üçün şəraitin yaradılması zərurəti.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR