Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Rəvan Nurayev İsmayıl oğlu

Rəvan Nurayev İsmayıl oğlu
Sakura

Doğum tarixi : 3 mart 1997 Vəfat tarixi: 3 aprel 2016 (19 yaşında)

Rəvan İsmayıl oğlu Nurayev (d. 3 mart 1997; Zaqatala, Azərbaycan - ö. 3 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Həyatı

Rəvan Nurayev 1997-ci ilin 3 mart günündə Zaqatala rayonunun Muxax kəndində anadan olub.

Hərbi xidməti

Əsgər Rəvan Nurayev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 3-ü isə Rəvan Nurayev Zaqatala rayonunun Muxax kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Nurayev uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Rəvan Nurayev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinsərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR