Slimfit
  1. İQTİSADİYYAT

Reuters: Qərbin Rusiyaya qarşı sanksiyaları dolların hökmranlığını sarsıdır

Reuters: Qərbin Rusiyaya qarşı sanksiyaları dolların hökmranlığını sarsıdır
Sakura

Reuters: Qərbin Rusiyaya qarşı sanksiyaları dolların hökmranlığını sarsıdır

Qərbin Rusiyaya qarşı sanksiyaları ABŞ dollarının beynəlxalq neft ticarətində uzunmüddətli hökmranlığını sarsıtmağa başlayıb.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki,bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Nəşr bildirib ki, Hindistan Rusiya neftinin dəniz yolu ilə daşınması üçün əsas bazara çevrilib, əksər əməliyyatlar isə digər valyutalarda aparılıb. Agentliyin mənbəsi qeyd edib ki, Rusiyada bir çox banklar Ukraynada münaqişə başlayandan sonra sanksiyalarla üzləşib, lakin hindistanlı müştərilər və rusiyalı tədarükçüləri Rusiya nefti ilə ticarəti davam etdirməkdə qərarlıdırlar.

Qeyd olunub ki, 2022-ci ilin dekabrından Hindistan tərəfi Rusiya Federasiyasından tədarük edilən neftin böyük hissəsini rubl və BƏƏ dirhəmləri ilə ödəyir.

ABŞ valyutası ilə desək, son üç ayda qeyd olunan əməliyyatların həcmi bir neçə yüz milyon dollar həcmində qiymətləndirilir ki, bu da ölkələr arasında ticarət əlaqələrində yeni mərhələnin başlanmasından xəbər verir və dolların əsas dünya valyutası kimi mövqeyini zəiflədir.

Artıq Dubayda fəaliyyət göstərən treyderlər və enerji şirkətləri son həftələrdə bir barrel üçün 60 dollardan yuxarı qiymətə satılan Rusiya neftinin müəyyən niş növləri üçün qeyri-dollar ödənişləri tələb edirlər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR