Slimfit
  1. AZƏRBAYCAN

Rəsulzadənin şəkli olan avro saxta deyil

Rəsulzadənin şəkli olan avro saxta deyil
Sakura

Rəsulzadənin şəkli olan avro saxta deyil

Xəbər verdiyimiz kimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin və Nuru paşanın şəkilləri olan avro xatirə pul nişanı dövriyyəyə buraxılıb. “Qafqazinfo”nun məlumatına görə, daha sonra xəbər təkzib olunaraq əsginazın fotoşop olduğu bildirilib.

Buna səbəb isə, məlumatı sosial şəbəkədə ilk paylaşan şəxslərin pulun Avropa Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxıldığını iddia etməsi olub. Belə ki, iddia ilə bağlı banka soğru göndərilib və cavabda qurum belə bir nişanını dövriyyəyə buraxmadıqlarını bildirib.

Məsələ burasındadır ki, bu banknot “Euro Souvenir Bank” layihəsi çərçivəsində istehsal olunan əsginaz nümunələrindən biridir və Avropa Mərkəzi Bankının turizm məqsədilə pul kəsiminə lisenziya verdiyi müəssisələrdə çap olunur.

Əsginaz hələlik satışı nəzərdə tutulmasa da, üç aydan sonra satışa çıxarılacaq. ⁣

Layihənin müəllifi türkiyəli kolleksioner Özgür Honçadır və o, bu işi Türkiyə-Azərbaycan dostluğuna, qardaşlığına ərməğan etdiyini söyləyib.

Sıfır göstərişli pul nişanı dövriyədə istifadə olunan avro ilə eyni keyfiyyətdə, eyni özəllikdədir və eyni əsginazdan istifadə olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR