Slimfit
  1. GÜNDƏM

Rəsulzadənin nəvəsi: “İndi əsas odur ki, başladığımız işi sona çatdıraq, bizə mane olub yenə “tələ”yə salmasınlar”

Rəsulzadənin nəvəsi: “İndi əsas odur ki, başladığımız işi sona çatdıraq, bizə mane olub yenə “tələ”yə salmasınlar”
Sakura

Rəsulzadənin nəvəsi: “İndi əsas odur ki, başladığımız işi sona çatdıraq, bizə mane olub yenə “tələ”yə salmasınlar”

“Torpaqlarımızın işğaldan azad edilməsinə görə hamımız sevinc içindəyik. Hamımız eyni hissləri keçiririk. Bu böyük bir tarixi hadisədir”

Bunu Moderator.az-a açıqlamasında M.Ə.Rəsulzadənin nəvəsi Rais Rəsulzadə deyib. O, tezliklə qalan torpaqlarımızın da işğaldan azad olunacağına inandığını bildirib:

“Torpaqlarımızın işğaldan azad edilməsinə görə hamımız sevinc içindəyik. Hamımız eyni hissləri keçiririk. Bu böyük bir tarixi hadisədir. Çox sağ olsun bizim Ali Baş Komandanımız, əsgərlərimiz ki, bunu həyata keçirirlər. Xalqımız isə bir yumruq kimi birləşib. Peşəsindən asılı olmayaraq hər bir vətəndaşımız öz sahəsində torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində əlindən gələni etməlidir. Təbii ki, müharibə itkisiz olmur, şəhidlərimiz var, Allah onları rəhmət eləsin, valideynlərinə də başsağlığı verirəm. Bizim borcumuz odur ki, hadisələr qurtarandan sonra bu tarixi hadisə haqda yazaq.

İndi əsas odur ki, başladığımız işi sona çatdıraq, bizə mane olub yenə “tələyə” salmasınlar. Ali Baş Komandan neyləmək lazım olduğunu çox yaxşı bilir. İnşallah işğalda qalan digər rayonlarımız da tezliklə ordumuz tərəfindən azad olunacaq”.

Vasif Əlihüseyn

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR