Slimfit
  1. CƏMİYYƏT

Restoranlar bağlanır, bulvar və parklar açıq olacaq

Restoranlar bağlanır, bulvar və parklar açıq olacaq
Sakura

Restoranlar bağlanır, bulvar və parklar açıq olacaq

Ciddi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin siyahısı məlum olub.

Ens.az Report.az-a istinadən xəbər verir ki,bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə məlumat verib.

Məhdudiyyətlər aşağıdakılardır:

SMS xəbərdarlıq və xüsusi icazə ilə evdən çıxmanın tətbiq ediləcək,

dövlət və özəl təşkilatlarda işləyənlərlə bağlı məhdudiyyətlər tətbiq olunacaq, yəni işçilər qruplara bölünərək müxtəlif vaxtlarda işə başlayacaq (işçi heyətin 3 qrupa bölünməsi),

ticarət mərkəzlərinin fəaliyyəti dayandırılacaq,

ictimai-iaşə obyektlərinin yerində xidmət dayandırılacaq,

bərbərxana-gözəllik salonlarında kosmetik xidmətlər, o cümlədən bu sahədə müştərilərin evində və ya digər məkanlarda xidmətlər dayandırılacaq,

muzey və sərgi zallarınnın fəaliyyəti dayandırlacaq,

malların satışı və xidmətlərin göstərilməsi ilə bağlı istisnalar nəzərə almaqla məhdudiyyətlərin tətbiqi, eləcə də açıq havada idman oyunları olmayacaq.

Ciddi karantin rejimi 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək dövrü əhatə edəcək.

Sərt karantin rejimi Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda tətbiq ediləcək. Həmin ərazilərdə evdən çıxmaq SMS icazə ilə mümkün olacaq.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR