Slimfit
  1. DİN

Restoranda ofisiant işləmək olarmı?

Restoranda ofisiant işləmək olarmı?
Sakura

Restoranda ofisiant işləmək olarmı?

Öz-özlüyündə restoran və bu kimi ictimai iaşə qurumlarında işləməyin maneçiliyi yoxdur. Lakin bu zaman bəzi məqamlara diqqət yetirmək lazımdır. Restoranlarda halal yeməklərlə yanaşı haram içkilər və yeməklər də təklif edilir. Dinimizə görə, haram qidanın alınıb-satılmasında, hazırlanmasında, daşınmasında hər hansı şəkildə iştirak etmək günahdır. Bu yolla qazanılan pul da haramdır və həmin pulu xərcləmək olmaz. Restoran ofisiantı dindardırsa, haram qidaların müştəriyə ötürülməsində iştirak etməməlidir. Əgər bu işlərə qatılmasa, restoranda işləməyinin maneçiliyi yoxdur. Əgər məcburiyyət üzündən, heç bir başqa imkan olmadığı üçün haram qidalarla bağlı fəaliyyət göstərirsə, yaranan ilk fürsətdə işini dəyişdirməli və günahdan uzaq olmalıdır.

Mənbə: İslam.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR