“Rəssamlarımızın əsərləri evlərin divarlarından asılmalıdır”
Bu gün Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Mədəniyyət Nazirliyinin 2019-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev, nazir müavinləri Rafiq Bayramov, Vüqar Əliyev, Sevda Məmmədəliyeva və Azərbaycan Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva iştirak edib. Ə. Qarayev iclasdan əvvəl KİV nümayəndələrinin suallarını cavablandırıb: “Mədəniyyət mövzusu bu gün media sahəsində özünə münasib dəyərli bir yer tutur. Elə bir mətbuat orqanı yoxdur ki, orada mədəniyyət mövzuları çox geniş müzakirə olunmasın. Buna görə də mətbuat orqanlarına təşəkkür edirəm. Bu il çox işgüzar və geniş sahəni əhatə edən tədbirlərlə zəngin oldu.
Həmçinin Azərbaycanda silsilə beynəlxalq tədbirlərin keçirilməsi bu ilin real olaraq uğurlu olduğuna sübutdur. Şəkinin dünya incilər siyahısına daxil olması bütün Azərbaycan xalqının böyük sevincinə səbəb oldu. Beynəlxalq tədbirlər, dünya forumlarının keçirilməsi bir daha Azərbaycanın Bakı prosesinə sadiq qalmasının və dünya miqyasında Birləşmiş Millətlər Təşkilatı tərəfindən Bakının Dünya Mədəniyyətlər arası Forumunun qlobal platformanın ən mühüm tədbiri kimi qiymətləndirilir. Hesab edirəm ki, bu da böyük hadisədir”.
Bundan əlavə, nazir kollegiya iclasında təsviri incəsənət sahəsindən danışarkən qurumun əsas şüarını açıqlayıb: “Bizim məqsədimiz, şüarımız odur ki, bütün rəssamlarımızın əsərləri evlərin divarlarından asılmalıdır. Hər ailə imkan daxilində tablo almalıdır. Bu, mütləq olmalıdır”.
Elvin Elxan
Pərvin Zeynal
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət