Slimfit
  1. CƏMİYYƏT

“Respublikanski” xəstə qəbulunu dayandırdı - Rəsmi açıqlama

“Respublikanski” xəstə qəbulunu dayandırdı - Rəsmi açıqlama
Sakura

“Respublikanski” xəstə qəbulunu dayandırdı - Rəsmi açıqlama

“Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının işçiləri arasında kütləvi şəkildə koronavirusa yoluxma halının baş verməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir”.

Ens.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva deyib.

Onun sözlərinə görə, xəstəxananın Ginekologiya şöbəsinin fəaliyyətini dayandırması ilə bağlı məlumatlar da doğru deyil və xəstəxana adi iş rejimində çalışır.

Qeyd edək ki, "gununsesiaz.info" saytında Ak. M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında tibb işçiləri arasında koronavirusa kütləvi yoluxma halının baş verməsi və xəstəxananın Ginekologiya şöbəsinin fəaliyyətinin dayandırması ilə bağlı xəbər yayılmışdı. İddiaya görə, tibb müəssisəsinin Ginekologiya şöbəsində doğuşa gələn bir qadından virus tibb işçilərinə keçib.

**

Daha sonra Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva "Qafqazinfo" ilə əlaqə saxlayaraq,  Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında yeni xəstə qəbulunun dayandırıldığını bildirib. 

“Xəstəxanada yeni qəbul qaydaları müəyyənləşdirilir. Bu səbəbdən tibb müəssisəsi 1 həftə yeni xəstə qəbul etməyəcək. Eyni zamanda, həmin müddətdə orada profilaktika məqsədi ilə dezinfeksiya işləri aparılacaq. Xəstəxanada olan pasiyentlərin müalicəsi əvvəlki qaydada davam etdiriləcək”, - R.Əliyeva deyib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR