Respublika üzrə ümumilikdə 120 minə yaxın pulsuz ağac tingi paylanılıb
Ölkə prezidentinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq “Hər ailə ağac əksin” devizi altında müxtəlif növ meyvə və həmişəyaşıl ağac tinglərinin paylanılması aksiyası bu dəfə bütün ölkə ərazisini əhatə edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın Femida.az-a verdiyi məlumata görə, bu gün nazirlik tərəfindən keçirilən aksiya zmanı Gəncədə 2300, Sumqayıtda 2500, Şəkidə 3000, Şəmkirdə 2000, Tovuzda 2200, Qubada 2000, Şabranda 2300, Şirvanda 2200, Bərdədə 2000, Cəlilabadda 2200, Türkanda 2000 və Binədə 2500 ağac tingi paylanılıb. “Bir şagird bir ağac əksin və qorusun” devizi ilə orta məktəblərdə keçirilən aksiyada isə məktəblərə 80 min ting verilib.
Bildirilir ki, ağac əkilməsinin təşviqi məqsədilə 9,12 və 17 noyabr 2018-ci il tarixlərində keçirilən aksiyalarda respublika üzrə ümumilikdə 120 minə yaxın müxtəlif növ ağac tingi paylanılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi payız əkini kampaniyalarına qoşulmağa, ağac əkməyə, ona qulluq etməyə və qorumağa çağırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət